Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə iyulun 24-dən 29-dək Bakıda 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün kibertəhlükəsizlik sahəsində “Cyber Summer School - 2023” yay düşərgəsi təşkil olunacaq.
Xeberler.az AKTA-ya istinadla xəbər verir ki, ənənəvi olaraq hər il baş tutan yay düşərgəsi ərzində yerli və xarici mütəxəssislər tərəfindən düşərgə iştirakçıları üçün kibertəhlükəsizlik sahəsində təlimlər təşkil ediləcək, o cümlədən texnoloji turlar və sonda kibertəhlükəsizlik sahəsində bilik yarışı (“CTF”) həyata keçiriləcək.
Qeyd edək ki, “Cyber Summer School - 2023” yay düşərgəsinin əhatə dairəsi və beynəlxalq əhəmiyyəti daha da genişləndirilib. Belə ki, bu il təşkil ediləcək düşərgəyə Azərbaycan, İsrail və Türkiyə ilə yanaşı Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələrin də yeniyetmələrindən ibarət komandalar cəlb ediləcək.
Ödənişsiz əsaslarla təşkil ediləcək düşərgədə 12-16 yaş aralığında olan, ingilis dilində təşkil ediləcək təlim və yarışlarda iştirak etmək üçün zəruri ingilis dili, habelə informasiya texnologiyaları üzrə biliklərə malik olan yeniyetmələr iştirak hüququ qazanacaq.
Düşərgədə iştirak üçün seçim iki mərhələdən ibarət müsabiqə çərçivəsində həyata keçiriləcək. Müraciətçilər birinci mərhələdə məntiq, ingilis dili və kompüter bilikləri üzrə onlayn test imtahanında iştirak edəcək. İkinci mərhələdə isə həmin imtahanda uğur qazanan şəxslərlə əyani müsahibələr təşkil ediləcək. Düşərgədə yalnız bu mərhələlərdə uğur qazanan şəxslər iştirak hüququ əldə edəcək.
Qeyd edək ki, “Cyber Summer School” 2021-ci ildən etibarən hər il təşkil edilir. Layihənin əsas məqsədi tərəfdaş ölkələrdən olan düşərgə iştirakçıları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinə, kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə malik yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, habelə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişdirilməsinə dəstək verməkdir.
Qeydiyyat üçün keçid:
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri