Previous Next
Bağla

Kibertəhlükəsizlik üzrə turnirin qalibləri-Foto

01-06-2017 11:24
Kibertəhlükəsizlik üzrə turnirin qalibləri-Foto

Məlumat verdiyimiz kimi, Bakıda Eurodesign və Cisco şirkətlərinin təşkilatçılığı ilə kibertəhlükəsizlik üzrə turnir keçirilib.

Xeberler.az bildirir ki, turnirdə ölkənin informasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssisləri öz biliklərini nümayiş etdirmək və qiymətli mükafatlar uğrunda mübarizə aparmaq imkanı əldə edib.

İki komandaya kiber hücum baş verdiyi halda şirkətlərin informasiya təhlükəsizliyi şöbələrinin fəaliyyəti ilə bağlı ssenari üzrə sualları cavablandırmaq təklif olunub.

 Qeyd edək ki,  özlərini "Yaşıl qalxan" (Fərid Zeynalov, Emin Əlihüseynov, Əzim Qəmbərli, Elvin Hacıyev, Ruslan Rəsulov) və "Critical Alert" (Sinan Əliyev, Səlami Məmmədov, Səbuhi Səfərov, Orxan Yolçiyev, Ruslan Quliyev) adlandırmış hər iki komanda qoyulan tapşırığın öhdəsindən  gələ bilib.

Nəzərə alsaq ki, komandalar ümumilikdə 10 suala cavab verməli olub və qiymətləndirmə zamanı yalnız münsiflər heyətinin verdiyi səslər deyil, həm də zalın rəyi nəzərə alınıb, cəmi bir xal fərqi ilə "Yaşıl qalxan" komandası qələbə qazanıb.

Həmçinin, tədbir çərçivəsində Cisco mütəxəssisləri hücumun bütün mərhələlərini (hücumdan əvvəli, hücum zamanını və sonrasını) nəzərə alan informasiya təhlükəsizliyinin yeni modelini təqdim edib.

Son tendensiyalar sübut edib ki, yalnız hücumların aşkarlanması və bloklanmasına əsaslanan ənənəvi müdafiə üsulları artıq effektiv deyil. Biznesin informasiya təhlükəsizliyi siyasəti davamlı diaqnostika və vaxtında yenilənməyə ehtiyac duyur. Yalnız bu yolla şirkətlər hər gün dəyişən kibertəhlükələrə qarşı tab gətirə və qarşıya qoyulan məqsədlərə nail ola bilərlər.

Eurodesign şirkəti informasiya təhlükəsizliyi texnologiyalarının tətbiqi sahəsindəki təcrübəsini bölüşmüş, eləcə də Bakı 2015 Birinci Avropa Oyunları, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi irimiqyaslı tədbirlərin keçirilməsi zamanı xaker hücumlarının qarşısını almaq üçün istifadə olunan alətlərdən bəhs edib.

Tədbirin qonaqları həmçinin maliyyə fırıldaqçılığı, məxfi və ya fərdi məlumatların oğurlanması, dələduzluq və informasiya sistemlərinin sıradan çıxarılması kimi kibercinayətkalığın müxtəlif təzahürlərinə qarşı praktik mübarizə halları ilə tanış olmaq imkanı əldə edib.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015

Bugünkü kibertəhlükəsizlik ilə bağlı konfrans başa çatdı

13-04-2015

Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək

06-05-2025

Formula 1 yarışları üçün yaradılan İT mühit-Fotolar

20-06-2017

Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

14-04-2026

“Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi” seminarı keçirilib

03-11-2025

“Azercell” kiber- təhlükəsizlikdə ölkədə top üçlükdədir

04-11-2023

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

Taleh Kazımov: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq

26-10-2023

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər

14-02-2026

“Hack The Future 2” təlimlərinə qeydiyyat başlayıb

13-08-2025

“AzInTelecom” “CIDC-2023”də “Qızıl sponsor” kimi stendlə çıxış edir

26-10-2023

Bakıda “Kibertəhlükəsizlik günləri” çərçivəsində panel iclasları keçirilir

22-09-2023

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndələri “Kibertəhlükəsizlik həftəsi”ndə iştirak edib

17-10-2023

Kiberhücumlarla mübarizəyə 15 milyon dollar xərclənir

08-10-2015

Kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti müzakirə edilib

01-06-2024

Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

02-11-2022

“Taxt Oyunları” formatlı kiberyarışın qalibi “Cyber Yashma” komandası olub

23-09-2023

İnformasiya Təhlükəsizliyi üzrə Kordinasiya Komissiyasının növbəti iclası keçirilib

05-11-2021

İslamiadanın kibertəhlükəsizliyini hansı qurumlar qoruyur?

16-05-2017

Azercell-də "Təhlükəsizlik həftəsi" keçirilib - FOTO

23-12-2022

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə