Jurnalistlər üçün Blokçeyn təlimi keçirildi

27-06-2018 / 14:50

Xəbər verdiyimiz kimi Blokçeyn Azərbaycan Mərkəzi (BAM) jurnalistlər üçün Blockchain və Kriptovalyutalar haqqında təlim keçirib.

Xeberler.az bildirir ki, Aİ (Azərbaycan İternet Forumu) prezidenti  Osman Gündüz çıxışında təlimlərin məqsədi haqqında məlumat verərək, blockchain texnologiyalardan yazan jurnalistlərin hazırlanması üçün təlimin əhəmiyyətini qeyd edib.

BAM  həmtəsisçiləri , ekspertlər Elnur Quliyev və Orxan Əhmədov Blokçeyn və nedia mövzusu ətrafında çıxış ediblər.

Ekspertlər jurnalistlərə sözü gedən mövzu haqqında ümumi  məlumatlar verməklə yanaşı, nədən yazmalı və mövzu ətrafında araşdırmalarını hansı mənbələrdən aparmalı olduqlarını slaydlar vasitəsi ilə izah edib.

Eyni zamanda praktiki olaraq da nümunələr göstərilib.

Həmçinin təlimdə blokçeyn texnologiyalardan və kriptovalyutalardan yazan jurnalistlərin peşəkarlığının artırılmasına kömək məqsədi ilə Kriptovalyutalar, ICO və WavesPlatforması əsasında real layihələrin yaradılması və tətbiqi, onlardan istifadə qaydaları haqqında da məlumatlar verilib.

Hər bir jurnalistə müxtəlif platformalarda hesab açılıb.

Həmçinin jurnalistlərə Portmanat hesabları açılıb və onların elektron pul kisələri aktivləşdirilib.

Orxan Əhmədov da jurnalistlər üçün Waves platformasındakı hesablar açıb və həmin platformada onların elektron pul kisələrini aktiv edib.

 

Sevinc Baba-zadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.