Macarıstan İnnovasiyalar İdarəsi ilə anlaşma memorandumu imzalanıb

21-11-2014 / 09:29

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Macarıstan İnnovasiyalar İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Macarıstan – Azərbaycan Biznes Forumu çərçivəsində Macarıstan Milli İnnovasiya Ofisinin rəhbəri Endre Spaller və AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin müdiri Vüqar Babayev imzalayıb.

Xeberler.az bildirir ki, sənəddə elmi-texniki və innovativ sahələr üzrə tərəfdaşlığın üstünlükləri, onların milli iqtisadiyyatların və hər iki ölkənin tərəqqisindəki vacibliyi vurğulanıb, həmçinin əməkdaşlığın təşviqi və təbliği mühüm hesab edilib.

Tədbirdə elmi-texniki və innovasiya üzrə beynəlxalq əməkdaşlığın Macarıstan və Azərbaycanın tədqiqat cəmiyyətləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrini gücləndirəcəyinə inam ifadə olunub. Gələcəkdə Memorandumda tərəflərin razılaşdırdığı sahələr üzrə layihələrin keçirilməsi, eyni zamanda alim və mütəxəssislərin qarşılıqlı mübadiləsi, birgə konfrans, simpozium, seminar və digər tədbirlərin təşkil olunması, elmi müəssisələr arasında texnologiyalar mübadiləsinin aparılması, həmçinin çoxtərəfli və regional elmi, texnoloji və inkişaf proqram və layihələrində iştirakın və əməkdaşlığın dəstəklənməsi  nəzərdə tutulub.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.