Previous Next
Bağla

Xarici texnopark Azərbaycanla əməkdaşlıq edəcək

04-08-2017 14:48
Xarici texnopark Azərbaycanla əməkdaşlıq edəcək

Bakıda səfərdə olan Çin-Rusiya İnnovasiya Texnoparkının rəhbərliyi AMEA Yüksək Texnologiyalar Parkında olublar.

Xeberler.az-ın məlumatına görə, texnoparkın direktoru Vüqar Babayevlə görüş zamanı iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev milli innovasiya sistemini genişləndirmək üçün uğurlu layihələrin həyata keçirilməsinin və bu sahəyə investisiya axınının gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Qeyd edib ki, elm, texnologiya və innovasiya vasitəsilə milli iqtisadi inkişafa töhfə vermək məqsədilə beynəlxalq əlaqələrin genişlənməsi innovasiya siyasətinin həyata keçirilməsi  üçün infrastrukturun yaradılmasında mühüm rol oynayır.

Çin-Rusiya İnnovasiya Texnoparkının baş direktoru Çjan Jençjuna yeni texnologiyalar sahəsində Çin-Rusiya regionu üzrə ilk hökumətlərarası və dövlətlərarası təşkilat olan texnoparkın post-sovet ölkələri ilə böyük əməkdaşlıq təcrübəsinə malik olduğunu bildirib.

Qeyd edib ki, texnoparkın ərazisində yeni materialların hazırlanması, biofarmasevtik, elektron və mexaniki sistemlərin inteqrasiyası, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulların istehsalı ilə məşğul olan 350 rezident fəaliyyət göstərir. İnnovasiya fəaliyyətinin həyata keçirilməsi üzrə böyük bazası  olan texnopark Çində rezidentlərə birgə uğurlu innovativ inkişaf təklif edir.

Görüş zamanı AMEA YTP ilə Çin-Rusiya İnnovasiya Texnoparkı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədə əsasən tərəflər birgə elmi-texniki proqramlar, innovativ layihələr həyata keçirəcək, innovasiya və sənaye infrastrukturunun inkişafı sahəsində informasiya mübadiləsi aparacaqlar. Həmçinin innovasiya və texnologiyalar sahəsində birgə laboratoriyaların, elmi-texniki və innovasiya mərkəzlərinin yaradılması, qarşılıqlı səfərlərin təşkili nəzərədə tutulub.

Çin-Rusiya İnnovasiya Texnoparkının rəhbərliyi səfər çərçivəsində Bakıda bir sıra görüşlər həyata keçirəcək.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi açıldı

20-11-2017

AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

12-05-2017

AMEA Türkiyə texnoparkı ilə müqavilə imzaladı

18-02-2016

YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

24-06-2021

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017

AMEA texnoparkı Moskva ilə birgə layihələr hazırlayacaq

19-04-2017

Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

24-10-2023

AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

15-02-2017

AMEA Yüksək Texnologiyalar Parkının yaranmasından 5 il ötür

08-11-2021

Macarıstan İnnovasiyalar İdarəsi ilə anlaşma memorandumu imzalanıb

21-11-2014

TDT-nın Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin iclası keçirilir

24-10-2025

Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

06-12-2018

AMEA Yüksək Texnologiyalar Parkı yaradılıb

08-11-2016

Texnoparkların yaradılması müzakirə edilib

02-11-2015

BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

27-08-2025

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026

AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir

03-12-2020

AMEA YTP və Kapadokiya Texnoparkı arasında əməkdaşlıq protokolu imzalanıb

22-07-2022

İnnovasiya fəaliyyəti və patent məsələsi müzakirə edilib

02-12-2016

BDU ilə Malayziya İnnovasiya Universiteti memorandum imzalayıb

05-11-2025

Azərbaycan və Özbəkistan arasında innovasiya sahəsində əməkdaşlıq müzakirə edilib

04-07-2022

İqtisadi islahatlarda İT-nin rolu müzakirə edilib

16-06-2017

“Future Lab” ilə YTP arasında niyyət protokolu imzalanıb

20-02-2025

Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

09-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə