Previous Next
Bağla

Azərbaycan Türkiyə ilə elm və texnologiya sahəsində saziş imzaladı

01-06-2015 20:11
Azərbaycan Türkiyə ilə elm və texnologiya sahəsində saziş imzaladı

Türkiyənin paytaxtı Ankarada Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında beynəlxalq saziş imzalanıb. Bu məqsədlə EİF-in icraçı direktoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti TÜBİTAK-da olub. Mərasimdə TÜBİTAK-ın rəhbərliyi və rəsmiləri, həmçinin Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Vasif Əliyev iştirak ediblər.

Sazişə əsasən, tərəflər milli iqtisadiyyatın inkişafında elm və texnologiyanın əhəmiyyətini qəbul etməklə, bərabərlik və qarşılıqlı fayda əsasında elmi və texnoloji əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək, Türkiyə və Azərbaycanın elmi-tədqiqat institutları, qurumları və universitetləri arasında elm və texnologiya sahəsində əməkdaşlığı təşviq etmək və dəstəkləmək barədə razılığa gəliblər.

Sazişin imzalanmasından öncə EİF və TÜBİTAK haqqında ətraflı məlumat verilib, hər iki qurum arasında əməkdaşlığın faydalı və səmərəli olacağına əminlik ifadə olunub.

EİF-in icraçı direktoru Elçin Babayev Azərbaycanda elm, təhsil, mədəniyyət, idman və incəsənətin inkişafına dövlət qayğısından söhbət açıb, Prezident İlham Əliyevin elmə göstərdiyi xüsusi qayğını konkret faktlarla diqqətə çatdırıb.

EİF və TÜBİTAK ölkələr üçün prioritet hədəfləri nəzərə alaraq, qarşılıqlı maraq doğuran təbiət elmləri, mühəndislik və texnologiyalar, tibb və səhiyyə elmləri, kənd təsərrüfatı elmləri, sosial və humanitar elmlər sahələrində, həmçinin fənlərarası tədqiqatlarda və kadr hazırlığı üzrə əməkdaşlıq edəcəklər.

Əməkdaşlığın xüsusi formaları kimi tədqiqat nəticələrinin, həmçinin alim, mütəxəssis və tədqiqatçıların səfər mübadilələri də daxil olmaqla birgə tədqiqat və inkişaf layihələrinin yerinə yetirilməsi, birgə elmi iclas, konfrans, simpozium, kurs, seminar və sərgilərin təşkili, onların işində iştirak, ikitərəfli elmi və texnoloji əməkdaşlıq çərçivəsində yaranacaq elmi-texniki tədqiqatların nəticələrinin, informasiyanın və sənədlərin mübadiləsi, müştərək tədqiqat və inkişaf layihələri üçün tədqiqat və inkişaf vasitələrindən və elmi avadanlıqdan birgə istifadə nəzərdə tutulur.

Tərəflər Avropa Birliyinin Çərçivə Proqramlarında, tədqiqat, inkişaf və innovasiya üzrə digər beynəlxalq proqramlarda iştirak çərçivəsində də əməkdaşlıq edəcəklər. Əməkdaşlığın səmərəli icrası üçün birgə komitə yaradılacaq. İlk birgə qrant müsabiqəsinin bu ilin sonunadək elan olunması barədə razılıq da əldə olunub.

Səfər çərçivəsində EİF nümayəndə heyəti TÜBİTAK-ın nüfuzlu qurumlarından olan Kosmos Texnologiyaları Araşdırma İnstitutunda (TÜBİTAK UZAY) da olub. On iki müxtəlif tədqiqat qrupuna, ən son texnoloji vasitələrə, modern təchizata və yüksək səviyyəli alim və mühəndis heyətinə sahib olan TÜBİTAK UZAY Türkiyə daxilində və regional layihələrdə, həmçinin bir çox beynəlxalq araşdırma layihələrində uğurla iştirak edir.

Rəsmi qəbulda institutun direktoru Lokman Kuzu TÜBİTAK UZAY haqqında ətraflı məlumat verib, hər iki qurum arasında əməkdaşlıq məsələləri, həmçinin EİF, TÜBİTAK UZAY və Azərkosmos ASC arasında əməkdaşlıq haqqında üçtərəfli anlaşma memorandumunun imzalanması ətraflı müzakirə olunub. Azərbaycanlı qonaqlar UZAY-ın bölmələri, həmçinin peyklərin yığılma və sınaqdan keçirilmə modulları ilə də tanış olublar. Kosmos və astronomiya tədqiqatları sahəsində Azərbaycan və Türkiyə alimlərinin birgə fundamental-tətbiqi layihələrinin dəstəklənməsi barədə razılıq əldə edilib. Tərəflər birgə elmi tədbirlərin keçirilməsi barədə də razılığa gəliblər.

Regionun ən nüfuzlu və böyük universitetlərindən olan Orta Doğu Texniki Universitetində (ODTU) keçirilən görüşdə bu ali məktəbin prorektoru, professor Volkan Atalay universitet haqqında məlumat verib, hər iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə edilib, qonaqlar universitetin kampusu və Elm və Texnologiya Muzeyi ilə tanış olublar.

Hər iki görüşdə qeyd edilib ki, Elmin İnkişafı Fondu Azərbaycan üçün elmi kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirir və bu məsələnin həllində TÜBİTAK və ODTU-nun zəngin təcrübəsindən bəhrələnməyi nəzərdə tutur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Türkiyə kosmik tədqiqatlarda əməkdaşlıq  edəcək

Azərbaycan və Türkiyə kosmik tədqiqatlarda əməkdaşlıq edəcək

21-05-2015
Azərkosmos  yeni   tədqiqatlar üçün  anlaşma memorandumu imzalayıb

Azərkosmos yeni tədqiqatlar üçün anlaşma memorandumu imzalayıb

23-11-2015
NASA astronavtları Türkiyədə təlim keçiblər

NASA astronavtları Türkiyədə təlim keçiblər

04-06-2026
AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

30-05-2022
Xüsusi Rabitə vXRİTDX ilə TÜBİTAK arasında əməkdaşlıq davam edir

Xüsusi Rabitə vXRİTDX ilə TÜBİTAK arasında əməkdaşlıq davam edir

25-01-2023
 Azərkosmos Türkiyə ilə əməkdaşlığı möhkəmləndirir

Azərkosmos Türkiyə ilə əməkdaşlığı möhkəmləndirir

13-06-2016
Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

15-02-2020
Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024
BDU ilə COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

BDU ilə COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

17-03-2025
AzTU-nun rektoru Türkiyədə səfərdə olub

AzTU-nun rektoru Türkiyədə səfərdə olub

26-01-2023
Fransalı alimlər BDU-nun Nano Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edəcək

Fransalı alimlər BDU-nun Nano Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edəcək

23-09-2019
Məlumat Hesablama Mərkəzi xarici əlaqələri gücləndirir

Məlumat Hesablama Mərkəzi xarici əlaqələri gücləndirir

01-12-2016
“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025
BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

25-04-2025
AzTU ilə “Baykar Texnoloji Azərbaycan”  arasında memorandum imzalanıb

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025
Macarıstan İnnovasiyalar İdarəsi ilə anlaşma memorandumu imzalanıb

Macarıstan İnnovasiyalar İdarəsi ilə anlaşma memorandumu imzalanıb

21-11-2014
 AMEA-nın Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

AMEA-nın Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

02-10-2018
Azərbaycanla Çin arasında elm, texnologiya və süni intellektə dair sənədlər imzalanıb

Azərbaycanla Çin arasında elm, texnologiya və süni intellektə dair sənədlər imzalanıb

12-06-2025
BDU-da “Elsevier” ilə əməkdaşlıq imkanları müzakirə olunub

BDU-da “Elsevier” ilə əməkdaşlıq imkanları müzakirə olunub

13-08-2025
Texnologiyaların transferi istiqamətində müzakirələr aparılıb

Texnologiyaların transferi istiqamətində müzakirələr aparılıb

31-08-2024
ETN-nin nümayəndə heyəti “Huawei”nin texnoloji yenilikləri ilə tanış olub

ETN-nin nümayəndə heyəti “Huawei”nin texnoloji yenilikləri ilə tanış olub

13-02-2026
Ölkə başçısının Özbəkistana səfəri çərçivəsində beynəlxalq avtomobil əlaqələri haqqında sənədlər imzalanıb

Ölkə başçısının Özbəkistana səfəri çərçivəsində beynəlxalq avtomobil əlaqələri haqqında sənədlər imzalanıb

22-06-2022
 Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

08-10-2018
BDU ilə Özbəkistan Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistan Universiteti arasında anlaşma memorandumu imzalanıb

19-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə