Dünyada məşhur Bla Bla Car layihəsi avtomobilində boş oturacağı olan sürücülərlə eyni istiqamətə getmək istəyən insanları bir araya gətirir.
Xeberler.az-ın məlumatına görə, Bla Bla Car-ın eyni versiyası olan Bla Bla Car Azerbaijan artıq ölkəmizdə xidmətə başlayıb.
Belə ki, hər hansı rayona və ya şəhərdaxili harasa gedərkən öz səyahətiniz haqqında Facebook-da Bla Bla Car Azerbaijan səhifəsində post edirsiniz və avtomobilinizə sərnişin, özünüzə yoldaş tapırsınız.
Layihə rəhbəri Elşad Yusif ( Sparrow) Xeberler.az-a bildirib ki, bu xidmət hələki Facebook üzərindən həyata keçirilir.
Onun sözlərinə görə, yaxın vaxtlarda yeni xidmətin mobil tətbiqləri də istifadəyə veriləcək.
Qeyd edək ki, gediş qiymətini sürücü ilə sərnişin özü müəyyən edir. Ola bilər ki, sürücünün qərarına görə sərnişinlər ödənişsiz səyahət etsin. Bu məsələyə layihə rəhbəri müdaxilə etmir.
Şəxsi avtomobilərini təklif etmək istəyənlər Facebook-da Bla Bla Car Azerbaijan səhifəsinə daxil olub bu məlumatı paylaşmalıdır. Həmçinin, sərnişilər də gedəcəkləri yeri və saatı səhifədə qeyd etməlidir.
Hazırda yeni xidmət istifadəçilər tərəfindən çox paylaşılır.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri