Facebook Messenger-in veb versiyası istifadəyə verildi

09-04-2015 / 13:11

Məşhur sosial şəbəkə platforması Facebook-un mesajlaşma xidməti təqdim edən Facebook Messenger tətbiqi artıq web versiyası ilə də istifadə edilə bilər.

Facebook ötən günlərdə mobil platformalar üçün messenger proqramının istifadəsini təmin etmək üçün bir sıra yeniliklər etmişdi. Populyar GIF formatlı şəkilləri hazırlamağa köməkçi olan tətbiqləri Facebook Messenger ilə inteqrasiya edən firma, bu gün də mesajlaşma tətbiqini kompüter platformasında istifadəsini təmin etdi.

Facebook Messenger, web brauzerinizin vasitəsi ilə istifadəyə təqdim edildi. Təbii ki, bu mesajlaşma proqramından istifadə etmək üçün bir Facebook hesabınızın olması lazımdır. Yeni  proqram sayəsində halı hazırda facebook.com üzərində yer alan Messenger tətbiqi ayrıca messenger.com üzərindən də istifadə edilə bilir.

                                                                                      Ağasəf Haqverdiyev                                                                               


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.