Səyahətinizi Hipassenger maraqlı və faydalı edəcək

29-09-2015 / 14:51

Məlumat verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda 1-ci qrant müsabiqəsinin yekununa dair müzakirələr olub. Belə ki, Fond qrant müsabiqəsində qalib gələn layihələr barədə əraflı məlumatları diqqətə çatırıb.

Xeberler.az olaraq  1-ci qrant müsabiqəsində qalib gələn layihələrlə yaxından  maraqlanmaq qərarına gəldik.

Məlum olduğu kim Fond tərəfindən qalib layihələrin hər birinə 20 min AZN-ə qədər vəsait ayrılmışdı. Maraqlıdır ki, layihələr bu vəsaitdən necə istifadə etdilər? Onlar  öz layihələrini inkişaf etdirə, yeni investorlar tapa bildilərmi və hazırda layihələrinin əhatə dairəsi və inkişaf mexanizmi necədir? Layihələr gəlir əldə edə bilirlərmi?

İlk olaraq 1-ci qrant müsabiqəsində qalib gələn layihələrdən  Hipassenger layihəsini araşdırdıq. Qeyd edək ki, Hipassenger-in  saytı da fəaliyyət göstərir.

Belə ki, şəbəkənin əsas funksiyası səyahət və turizm təşkil edir. Hipassenger adlanan  sosial şəbəkəsi vasitəsilə səyahət həvəskarlarına səyahət edən zaman yeni yol yoldaşı tapmaq imkanı verir. Bunun üçün yalnız Hipassenger proqramını yükləmək və planlaşdırdığınız səfərin tarixini qeyd etmək lazımdır.

Sadəcə gedəcəyiniz tarixi və yeri paylaşmaqla sizinlə eyni vaxtda eyni yerə səyahət edən insanlarla əlaqə qura biləcəksiniz. Hipassenger proqramını yaratmaqda əsas məqsəd təyyarə, avtobus, qatar və gəmi səfərlərində sizə sizinlə eyni yerə səyahət insanları tanımaq imkanı verməkdir.

Bundan başqa Facebook hesabı ilə qeydiyyatdan keçə və Facebook dostları ilə səyahət məlumatları paylaşa bilərsiniz. Sosial şəbəkənin həmçinin istədiyi istifadəçiləri seçib blok siyahısına salmaq funksiyası da var.

Eyni zamanda  Hipassenger  ən  sərfəli sövdələşməni tapmağa imkan verən internet və mobil rabitə sistemlərinə əsaslanan yeni  platformadır.

Siz səyahət dostlarınızla yalnız Facebook-dan yox,  Hipassenger ilə şəxsi mesaj göndərə və səyahətə başlamışdan “Hi to a passenger” ( Sərnişinə salam) yaza bilərsiz.

Layihəyə ayrılan məbləğ: 20 min AZN

Layihə rəhbəri: Urxan Seyidov

Layihə rəhbəri Urxan  Seyidov Xeberler.az-a bildirib ki,  bu gün Azərbaycan və xarici ölkələr də daxil olmaqla Hipassenger-in  1000 -ə yaxın istifadəçisi var.

Onun sözlərinə görə, layihənin texniki dəstəyi Böyük Britaniyanin  İconic Mobile şirkəti tərəfindən həyata keçirilir.

Belə ki, sistemin mobil tətbiqlərinin hazırlanmasına, dizaynın təşkil edilməsinə İconic Mobile şirtkəti yardım edib.

Azərbaycanda  isə  layihənin direktoru Ayaz Əfəndiyevdir.

Urxan Seyidov qeyd edib ki, hazırda layihənin yeni versiyası üzərində işləyirlər.

“Yeni versiya üzərində çalışırıq. Bunun üçün də  investor axtarırıq. Hələ ki, layihəmizə investor tapa bilməmişik. Hazırda bu istiqamətdə  iki yerli kampaniya ilə danışıqlar aparırıq”.

Urxan  Seyidov layihənin gəlirləri məsələsindən də danışıb. Qeyd edib ki, Fond tərəfindən ayrılan maliyyə ilə layihənin demək ola ki, bütün ehtiyaclarını ödəyə biliblər:

“Hazırda layihədən gəlir əldə etmirik.  İnvestor tapdıqdan sonra artıq layihəmizin monetize (reklam və piyarını təşkil etməklə   gəlir əldə etmək)  fəaliyyətinə başlayacağıq”.

Onun sözlərinə görə, görülən işlər barədə də hesabat təqdim ediblər.

Layihə rəhbəri onu da bildirib ki, hazırda layihə üzərində 3 nəfər işləyir.

Qeyd edək ki, Hipassenger-in rəsmi saytı və  iOs və Android telefonları üçün mobil tətbiqləri  mövcuddur.

Layihə ilə bağlı daha ətraflı buradan  məlumat ala bilərsiniz.

İT-nin inkişafı Dövlət Fond  tərəfindən 1-ci qrant müsabiqəsi 2014-cü ilin aprel-may aylarında elan edilib. Ümumilikdə müsabiqəyə 194 layihə təqdim olunub. Fondun Müşahidə Şurası tərəfindən 31 layihənin maliyyələşdirilməsi qərarlaşdırılıb. Bu layihələrdən  isə 25 layihə maliyyələşdirilib.

Qrant müsabiqəsində qalib olan digər layihələrlə bağlı silsilə yazılarımız olacaq.

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə