Mastercard Bakıda yeni kampaniyaya başlayıb

03-11-2016 / 16:03

Mastercard və Bravo supermarketi birgə kampaniyaya başlayıb.

Xeberler.az-ın məlumatına görə, qlobal ödəniş texnologiyaları təchizatçısı olan Mastercard şirkəti və Azərbaycanda ərzaq məhsullarının pərakəndə satışı üzrə aparıcı supermarketlərdən biri olan Bravo Bakıda birgə kampaniyaya start verir.

Kampaniya çərçivəsində Gənclik Mall-da yerləşən Bravo supermarketində 40 AZN və ya daha yüksək məbləğdə alış-verişini Mastercard və ya Maestro kartları ilə ödəyən bütün müştərilər elə yerindəcə təklif edilən hədiyyələrdən birinə sahib ola bilərlər. Bunun üçün sadəcə Müştəri Xidmətləri masasına yaxınlaşıb, əməkdaşlara ödəniş qəbzini təqdim etmək kifayətdir. Bu ilin noyabrın 27-dək davam edəcək kampaniyadan yararlanmaq üçün alış-veriş ödənişinizi Mastercard kredit və debet və ya Maestro  debet kartları ilə edə bilərsiniz. Kampaniya müddəti ərzində yalnız eyni günə aid olan ödəniş qəbzləri yararlı hesab olunacaq.

“Biz öz sahəsində aparıcı brendlərdən olan Bravo ilə əməkdaşlıqdan və Azərbaycan istehlakçılarına yeni bir kampaniya təqdim etməkdən məmnununuq. İnnovativ həllər üzrə qlobal şirkət olaraq öz kart sahiblərimizi dəyərsiz imkanlar və ən yaxşı alış-veriş təcrübəsi ilə təmin etməyə həmişə şadıq. Sözügedən aksiya istehlakçılara göstərdiyimiz davamlı dəstəyi və yerli bazarın “Mastercard” üçün strateji əhəmiyyətini əks etdirir”, - deyə Mastercard-ın Türkiyə və Azərbaycan üzrə regional meneceri Yasemin Bedir qeyd edib.

Qeyd edək ki, Azərbaycan Vegilər Nazirliyində 26 may 2016-cı il tarixində qeydiyyatdan keçən Mastercard Europe şirkətinin Bakı nümayəndəlinə Yasəmin Bədir rəhbərlik edir.

Kampaniya və qaydalar haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.