Şamaxı “Nağdsız Azərbaycan” innovasiyalarında liderlik edir

17-02-2021 / 13:13

Mastercard və Azər Türk Bank Azərbaycanın nağdsız cəmiyyətə keçidini dəstəkləməyə davam edən yeni kampaniya başladıb.

Bildiyiniz kimi, ötən ilin avqust ayında texnoloji ödəniş sahəsində pioner şirkət olan  Mastercard, Azər Türk Bank, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Şamaxı şəhərində ölkədə ilk dəfə olaraq ictimai nəqliyyatda nağdsız ödənişlərin qəbulunu təmin edən layihəyə start verdi. “inkart” layihəsi ölkədə ilk dəfə olaraq ictimai nəqliyyatda Mastercard debet və kredit kartları ilə ödəniş etmək imkanı yaradan birgə layihədir.

Bu layihə çərçivəsində yeni kampaniyaya start verilib. 8 fevral 2021-ci il tarixindən 31 mart 2021-ci tarixinədək Şamaxı ictimai nəqliyyatında Mastercard və ya inkart kartları ilə ödəniş edənlər üçün sərfəli kampaniya başlayıb. Belə ki, kampaniya şərtlərinə əsasən, Şamaxı ictimai nəqliyyatında (şəhər daxili) qeyd olunan tarix aralığında həftənin bazar ertəsi və cümə günləri sərnişinlər istənilən Mastercard və ya Maestro kartı ilə ödəniş etdiklərində ilk gedişləri pulsuz olacaq. Başqa sözlə desək, sərnişin həftənin bazar ertəsi və ya cümə günü gün ərzində ilk dəfə ictimai nəqliyyatda öz Mastercard-ı ilə ödəniş edən zaman kartının balansından heç bir vəsait silinmir. Kampaniya həmin gün eyni kart ilə ikinci gedişə şamil olunmur, yəni növbəti gedişlər üçün kartın balansından gediş haqqı silinir.

Xatırladaq ki, layihə çərçivəsində nəqliyyatda nağdsız ödənişlərin dəstəklənməsi üçün bütün zəruri infrastruktur yaradılıb. Belə ki, Şamaxı ictimai nəqliyyatında avtobuslarda nağdsız ödəniş etməyə imkan verən yeni nəsil validatorlar quraşdırılıb.

Həmçinin, “inkart” kartlarını dəstəkləyən vendinq avadanlıqları quraşdırılıb və avadanlıqların fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qeyd olunan avadanlıqlar müştərilərə həm yeni “inkart” kartı əldə etməyə, həm də əldə edilmiş kartların balansını yoxlamağa və istənilən zaman (7/24) artırmağa imkan yaradır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə