Millət.az internet qəzeti fəaliyyətə başladı

24-06-2009 / 21:58

Bu gün “Millət” qəzetinin internet versiyasının təqdimat mərasimi keçirilib. Mərasimi açan internet qəzetin baş redaktoru Əli Orucov bildirib: ""Millət" qəzeti Azərbaycanda demokratik və azad mətbuatın inkişafında müəyyən rolu olub. Bu qəzet azad və müstəqil düşüncəli insanların tribunasına çevrilmişdir. Müəyyən problemlər ucbatından “Millət” nəşrini 2004-cü ildən dayandırmağa məcbur olsa da, onun nəşrini bərpa etmək üçün çabalar göstərdik. Bu gün internet resurslarının informasiya şəbəkəsində önəmini nəzərə alaraq qəzetin internet versiyasında oxucuların ixtiyarına vermək qərarına gəldik. Bundan sonra hər kəs qəzeti “millet.az” saytından oxumaq imkanı qazanacaq”.

“Millət”-in bur media məktəbi olduğunu dilə gətirən baş redaktor vurğuladı ki, KİV-lərin bollluğu dönəmdə çalışacağıq əvvəlki ənənələri davam etdirək və cəmiyyətə operativ, obyektiv və dolğun informasiya ilə təmin edilməsində öz töhfəmizi verək. Düşünürəm ki, təcrübəli jurnalistlərdən ibarət yeni kollektivimiz bu ağır, həm də şərəfli məsuliyyətin öhdəsindən bacarıqla gələcək”.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.