“Xural” qəzetinin internet saytı fəaliyyətə başlayıb. Bundan sonra köşklərdən qəzeti əldə edə bilməyənlər sadəcə xural.com ünvanına daxil olmaqla bütün yazıları oxuya biləcəklər. Bu barədə məlumatı qəzetin təsisçisi və baş redaktoru Əvəz Zeynallı verib. Onun sözlərinə görə, saytın yaradılması təşəbbüsü onlarda həmişə olub.
Baş redaktor deyib ki, sadəcə olaraq işlərin çoxluğundan qəzetin internet saytının yaranması bir qədər gecikib: “Sayt işində təcrübəsizik. Hələlik sadəcə qəzetimizin materiallarını yayınlayacağıq. “Xural” ın böyük və möhtəşəm bir arxivi var və böyük ehtimalla o arxivin bəzi hissələrini saytımıza yerləşdirəcəyik. Bundan əlavə gündəlik xəbər saytı kimi də işləyəcək və ölkənin nəbzini tutmağa çalışacağıq. Təbii ki, qıt imkanlar və əməkdaşlarla bunun da öhdəsindən layiqincə gələcəyimizə və şərəfli işi Azərbaycan mətbuatının tarixində yürüdəcəyimizə inanırıq” .
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri