“Respublika” qəzetinin nəşri dayanıb

09-10-2009 / 18:55

"Azərbaycan" nəşriyyatının rəhbərliyindəki şəxslərdən biri üç gün öncə kağızımız olmadığı üçün qəzetin çapına icazə verməyib", - "Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov bildirib.

Əhmədovun sözlərinə görə, kağız qıtlığının yaranmasına səbəb pulun olmamasıdır. "Qəzetin 7 minə yaxın abunəçisi var. Amma biz həmin pulları yayım firmalarından birdəfəlik ala bilmirik. Bu səbəbdən maliyyə problemi ilə üzləşir, kağız ala bilmirik", - baş redaktor əlavə edib.

Əhmədov deyib ki, problemin nə zaman həll olunacağı bəlli deyil. "Ümidimiz rəsmi qurumlaradır, biz problemi təkbaşına həll etmək gücündə deyilik", - Əhmədov vurğulayıb.

"Respublika" qəzeti 1990-cı ildə Nazirlər Kabinetinin mətbu orqanı kimi yaradılıb. Hazırda qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektividir.

Qəzet həftədə 6 dəfə (bazar ertəsindən başqa hər gün) A:2 formatda nəşr olunur. 1995-ci il oktyabrın 9-dan qəzetə Teymur Əhmədov baş redaktorluq edir. Qəzetin 8 və 9 oktyabr sayları kağız olmaması səbəbindən çap edilməyib. // Trend


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə