Bu gün (15 oktyabr) “Müxalifət” qəzetinin 18 yaşı tamam olur. Maliyyə çatışmazlığı səbəbindən çapında fasilə yaranmış qəzetin baş redaktoru Rövşən Kəbirli bildirib ki, onun və redaksiyanın aparıcı əməkdaşı Yaşar Ağazadənin 2007-ci ildə qanunsuz həbsi qəzetin fəaliyyətinə sarsıdıcı zərbə vurub: “Həbsdən çıxdıqdan sonra özümüzün imkanlarımız hesabına qəzetin nəşrini bərpa etdik.
Ancaq biz həbsdə olduğumuz 8 aylıq fasilə sözünü dedi: maddi bazanın tamamilə sıradan çıxması, yayım firmaları ilə əlaqələrin qırılması, fasilənin yaratdığı oxucu itkisi qəzetin nəşrini davam etdirməyi mümkünsüz etdi. Nəticədə nəşriyyata yaranmış borc üzündən fəaliyyətimizdə müvəqqəti fasilə verməyə məcbur olduq” - deyən R.Kəbirli onu da əlavə etdi ki, artıq qəzetin çap olunduğu “Azərbaycan” nəşriyyatına olan borcu qaytarılıb və noyabrın əvvəllərindən qəzetin nəşrini bərpa etmək fikrindədirlər.
Xatırladaq ki, “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə 2007-ci ilin may ayının 16-da millət vəkili, akademik Cəlal Əliyevin iddiasına əsasən həbs olunmuş və 2007-ci il dekabrın 28-də prezidentin əfv fərmanı ilə azadlığa buraxılmışdılar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri