Milli Net 2018 qaliblərinin təqdimat mərasimi keçiriləcək

21-12-2018 / 13:01

Bu gün Milli İnternet Mükafatı - MilliNet2018 yekun təqdimat mərasimi  keçiriləcək.

Xeberler.az  bildirir ki, təqdimat mərasimində artıq 10-cu il keçirilən Milli Net 2018 müsabiqəsinin cari il üçün qalibləri elan olunacaq. Bu il MilliNet2018-ə 19 Nominasiya üzrə 406 internet resurs ( saytlar , mobil tətbiqlər və sosial media resursları)  təqdim edilib. Onlardan yalnız qaydalara uyğun olan 300 resurs  müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Onlar arasından ən yaxşılar olan 105 resurs Nominant statusu alıb. 

Müsabiqəyə qəbul olunan 300 internet resursun qiymətləndirilməsində 23 nəfərlik münsiflər heyətindən 21 münsif resursların qiymətləndirməsini həyata keçirib. Mobil tətbiqlərin qiymətləndirilməsində isə sahə üzrə 4 ekspert iştirak edib. Sosial media resurslarının qiymətləndirilməsində 3 münsif iştirak edib.

Saytları 3 istiqamət üzrə peşəkarlardan ibarət olmaqla formalaşdırılan 14 münsif qiymətləndirib. Münsiflər Heyəti 2-ci səsvermə prosesində 105 Nominant arasından ən yaxşılarını seçiblər.

Bu il MilliNet TK “İnnovasiyaların və İT-nin inkişafına xüsusi töhfə verənlər” və “Azərbaycanı tanıdan ən yaxşı internet resurs” Xüsusi Nominasiyalarını təsis edib.  MillliNet TK qərarı ilə bu Nominasiyalar üzrə seçilənlərin adları da Təqdimatda açıqlanacaq və onlara xüsusi mükafatlar və diplomlar təqdim olunacaq .

Təqdimat mərasimində qaliblərə Milli Net –in əsas mükafatı təqdim olunacaq, 2-ci və 3-cü yerlərin qaliblərinə də diplomlar veriləcək. Qaliblərə və fərqlənənlərə hədiyyələr də təqdim olunacaq.

Milli Net Qaydalarına uyğun olaraq münsiflərin Nominant saytlar üzrə verdiyi qiymətlər Təqdimat mərasimindən sonra İnternetdə açıqlanacaq. Nominantlar öz hesabına daxil olaraq Münsiflərin verdikləri qiymətlərlə tanış ola biləcəklər.

Təqdimat mərasimində dövlət və özəl sektorun nümayəndələri, İnternet ictimaiyyətinin nümayəndələri və milli İnternet resurs sahiblərindən ibarət 200 nəfərin iştirakı gözlənilir.

Azərbaycanda İT-nin və İnternetin inkişafına təkan vermək, ən yaxşı milli İnternet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən Müsabiqəyə cari ilin oktyabr  ayında start verilib.

Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir. MilliNet-in Baş sponsoru AzerTelecom şirkətidir. Müsabiqəyə LENOVOBestCompİnnovasiya MərkəziNEURON və NOVA  şirkətləri də dəstək verirlər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.