Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015 / 11:57

Hazırda əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin hamısı bəyannaməni elektron formada təqdim edirlər.

Vergilər Nazirliyinin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, 2008-ci ilin əvvəlindən isə ƏDV-nin vahid depozit hesabının tətbiqinə və müvafiq proqram təminatının istifadəsinə başlanılıb. Bununla da ƏDV-nin ödənilməsindən yayınma və digər qeyri-qanuni hallara qarşı yeni səmərəli sxemin istifadəsinə nail olunub.

Eyni zamanda, vergiödəyicilərinə təqdim edilən müasir elektron xidmətlər sırasına elektron vergi-hesab fakturalarının tətbiqi də əlavə edilib.

Elektron vergi hesab-fakturaları vergi xidməti orqanları ilə vergiödəyiciləri arasında əlaqələri elektron vasitələrdən istifadə etməklə təmin edir ki, bu da vergiödəyicilərinin işini asanlaşdırır.

Belə ki, vergiödəyiciləri və digər şəxslər internetlə göndərdikləri sənədin vergi orqanı daxilində hərəkətini real vaxt rejimində izləyə və icraçı ilə birbaşa telefon əlaqəsi yarada bilirlər.

Vergi nəzarəti sistemində informasiya texnologiyalarının tətbiqi AVİS vergi inzibatçılığının tam şəkildə elektronlaşdırılmasına, operativ informasiya mübadiləsinin təmin olunmasına, vergiödəyicilərinə geniş çeşiddə elektron xidmətin göstərilməsinə, vergi bəyannamələrinin qəbulu və emalı prosesinin sadələşdirilməsinə imkan yaradıb.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.