Previous Next
Bağla

Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

05-08-2016 09:42
Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

Azərbaycan prezidenti İlham Əliyev  “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

 Xeberler.az-ın məlumatına görə, Vergilər Nazirliyi 3 ay müddətində:

 2.1. “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” nəzərə alınmaqla vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;

 2.2. vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının, xüsusilə kameral vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibatçılığı təkmilləşdirməlidir;

 2.3. vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığını təkmilləşdirməlidir, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin etməlidir;

 2.4. nümunəvi vergi ödəyicisi üçün meyarları müəyyən etməlidir, həmin vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığını sadələşdirməlidir və ünvanlı xidmətlərin əhatə dairəsini genişləndirməlidir;

 2.5. vergi qanunvericiliyinə əməl edən nümunəvi vergi ödəyiciləri və vergi qanunvericiliyində mütəmadi olaraq nöqsanlara yol verən intizamsız vergi ödəyiciləri ilə bağlı məlumatları Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirərək ictimaiyyətə açıqlamalıdır;

 2.6. vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə elektron auditin tətbiq dairəsini genişləndirməlidir və bu sahədə keçirilən vergi yoxlamalarının keyfiyyətini artırmalıdır;

 2.7. müasir standartlara uyğun olaraq vergi ödəyicilərinə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzində beynəlxalq təcrübədə tətbiq olunan “Outbound Call Centre” (geriyə - müştəriyə zəng xidməti) funksiyalarının tətbiqini təmin etməlidir;

 2.8. real vergi potensialının düzgün müəyyən olunması, vergi nəzarətinin keyfiyyətinin artırılması və nəzarət tədbirlərində şəffaflığın təmin edilməsi məqsədilə informasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunmaqla risklərin avtomatik emal edilməsinə, təsnifləşdirilməsinə, təhlilinə və vergi ödəyicilərinin risk meyarları üzrə qruplaşdırılmasına imkan verən risk qiymətləndirmə sistemini yaratmalıdır;

 2.9. borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və onların aid olduğu risk qrupundan asılı olaraq, borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsini və inzibatçılığın təkmilləşdirilməsini təmin etməlidir;

 2.10. vergi orqanları ilə vergi ödəyicilərinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili məqsədilə vergi bəyannamələrinin formalarını təkmilləşdirməlidir;

 2.11. vergi ödəyicilərinin vaxtına və resurslarına qənaət edilməsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə dublikatının alınması, ASAN imzanın dəyişdirilməsi, fəaliyyətin dayandırılması və ya bərpası kimi xidmətlər göstərilməsini təmin etməlidir.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

21-12-2016

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011

İlham Əliyev vergi amnistisiyası haqqında qanunu təsdiq edib

13-01-2017

Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin adı açıqlanıb

08-04-2026

"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19-02-2025

Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

11-01-2019

Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

15-02-2024

Nazirlik vergi ödəyicilərinə 188 min 256 SMS göndərib

21-12-2016

Nazirlik Çağrı Mərkəzinin fəaliyyətini təkmilləşdirir

20-05-2016

Vergilər Nazirliyi 59 növ elekton xidmət göstərir

09-02-2015

Nazirliyə elektron müraciətlərin sayı artıb

07-02-2015

Vergi ödəyicilərinə 63 e-xidmət göstərilir

20-12-2016

Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

03-12-2025

Nazirlik Çağrı Mərkəzinin işində beynəlxalq təcrübəni tətbiq edir

29-08-2016

Çağrı Mərkəzindən 17 mindən çox müraciət cavablandırılıb

11-03-2015

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023

Vergi ödəyiciləri üçün elektron xidmətlər təkmilləşdirilir

25-09-2015

Nazirliyin Çağrı Mərkəzi 25 mindən çox zəngi cavablandırıb

08-11-2017

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

27-12-2024

“Vergilər üzrə elektron xidmətlərin sayı artacaq”

28-07-2015

Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə