Nazirliyin elektron xidmətlərindən 185 mindən çox istifadə olunub

10-07-2015 / 10:29

İyun ayında Elektron hökumət portalında ən çox istifadə olunan elektron xidmətlərdən 5-i Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin payına düşüb.

Xəbərlər-in verdiyi məlumata görə, nazirliyin ən çox müraciət edilən e-xidmətləri “Telefon nömrəsi üzrə axtarış”, “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların IMEI qeydiyyatının yoxlanılması” və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətləri olub.

İstifadəçilər adıçəkilən xidmətlərdən müvafiq olaraq 65102, 41778, 29179, 29016 və 20931 dəfə istifadə ediblər. Ümumilikdə 186006 istifadə sayı qeydə alınıb.

Hazırda Elektron hökumət portalına Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 35 elektron xidməti inteqrasiya olunub. RYTN-in öz internet səhifəsində 26 elektron xidmət yerləşdirilib.

Xeberler.az

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.