“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

10-09-2015 / 15:15

“Elektron Hökumət” portalı tərəfindən təqdim olunan statistikaya əsasən, avqust ayı ərzində e-xidmətlərindən ən çox istifadə olunan qurumların adı açıqlanıb.

Xeberler.az-ın məlumatına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının elektron xidmətlərindən 524303 dəfə istifadə edilib. Qeyd edək ki, ay ərzində TQDK-nın ən çox istifadə olunan xidməti "Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu"dur.

Xidmətlərinin istifadə statistikasına görə ikinci olan qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Nazirliyin ən çox müraciət edilən e-xidmətləri “Telefon nömrəsi üzrə axtarış”, “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların IMEI qeydiyyatının yoxlanılması”, “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” və s. xidmətlərdir. Avqust ayında nazirliyin xidmətlərindən istifadə sayı 277996-a çatıb.

Dövlət Sosial Müdafiə Fondunun 12 sosial xidməti “Elektron Hökumət” portalına inteqrasiya edilib.  “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaolunanlara məlumatın verilməsi”, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, bu və digər xidmətlərindən avqust ayı ərzində 215419 dəfə istifadə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial xidmətlərin elektronlaşdırılması və vətəndaşlara real elektron xidmət təqdim edilməsinə göstərdiyi xüsusi diqqət sayəsində demək olar ki, portaldakı e-xidmətlərdən istifadə statistikasında mütəmadi olaraq ön yerlərdə olur. Avqust ayının statistikasına əsasən ƏƏSMN-nin xidmətlərindən 151946 dəfə istifadə edilib.

ƏƏSMN tərəfindən təqdim olunan "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi" xidməti daha çox müraciət edilən xidmətlərdəndir. Məlum olduğu kimi, tez-tez vətəndaşlarımızdan müxtəlif qurumlar tərəfindən çoxlu sayda arayışlar və sənədlər tələb olunur. Bu arayışları isə əldə etmək və adiyyatı quruma təqdim etmək insanlardan vaxt və enerji tələb edir. Eyni zamanda bu proses müxtəlif neqativ hallara və sründürməçiliyə gətirib çıxarır.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə