Nazirliyin regionlar üzrə ilk saytı təqdim olunub

21-10-2017 / 10:40

Mədəniyyət və Turizm Nazirliyi Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin internet saytının təqdimatı keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə çıxış edən nazirliyin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov bilasuvar.mctgov.az saytı haqqında məlumat verib.

O bildirib ki, saytda regional idarənin əhatə etdiyi rayonların (Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl) mədəniyyət və turizmi haqqında dolğun məlumatlar əksini tapıb.

Saytda həmçinin regionda yerləşən tarixi abidələr, muzeylər, turizm marşrutları ilə bağlı məlumatlara geniş yer verilib.

Diqqətə çatdırılıb ki, nazirliyin regional idarələri üzrə ilk sayt təqdim olunur. İlin sonuna kimi bütün regional idarələrin saytları istifadəyə veriləcək.

Nazir bu istiqamətdə görülən işlərin daha da sürətləndirilməsi üçün tapşırıq və tövsiyələrini verib.

 Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə