Netbook markası üstündə çəkişmə bitdi

05-06-2009 / 13:18

Intel və Psion arasında uzun zamandır davam edən netbook döyüşü nəhayət sona çatdı.

Netbook sözünün marka qeydiyyatını edən Psion İntel-ə iddia açmışdı. Psion firma məhsullarının adlarında netbook sözünü istifadə etməməsini tələb etmişdi. İntel-dən indiyənədək netbook sözünün istifadəsinə qarşılıq olaraq 1,2 milyard dollar istəmişdi.

Netbook markasını 1999-cu ildə qeydiyyatdan keçirən Psion, netbookun öz markası olduğunu iddia edir. İntel isə marka qeydiyyatının 2003-cü ildə müddətinin bitdiyini deyir.

Psion heç bir istehsalçının netbook sözünü işlətməməsi üçün qadağa qoymuşdu. Uzun müddətdir davam edən bu dava artıq bir nəticə ilə yekunlaşdı. Psion iddiadan imtina etdiyini açıqladı.

Razılaşmanın detalları haqqında isə mətbuata heç bir açıqlama verilməyib. Netbook markası isə artıq azad şəkildə istifadə edilə bilər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.