Son zamanlar "netbuk" sözü texnika ilə maraqlanan hər kəsin leksikonuna daxil olub. Ola bilsin ki, tezliklə biz bu kiçkik kompüterlərə yeni ad fikirləşəsi olacağıq. Psion Teklogix şirkəti veb-sayt sahiblərinə "netbook" sözündən istifadə olunmasını dərhal dayandırmaq barədə tələb olan məktub göndərib.
Arqument kimi göstərilir ki, bu söz ticarət markası kimi ABŞ, Kanada, Avropa Birliyi, Sinqapur və Honkonqda qeydiyyatdan keçirilib. Həqiqətən də bir neçə il bundan qabaq Psion kompaniyası netBook adlı kompakt qurğu istehsal etmişdir.
Xarici görkəminə görə bu qurğu müasir netbuklara oxşayırdı. onun QWERTY klaviaturası var idi lakin o Windows 98 və XP sistemlərində deyil Windows CE və ya Symbian OS-un xüsusi versiyasında çalışırdı. Qurğu uğur qazanmasa da onun ticarət markası qalmaqdadır. Bu qadağa isə kompaniyaya dəyər qazandırmaq və daha sonra onu satmağa cəhd kimi qiymətləndirilir.
Xeberler.az/Anar
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri