NETTY 2016 nominantları müəyyən edilib

10-05-2016 / 10:58

 NETTY 2016- Azərbaycan Milli İnternet Mükafatının nominantları müəyyən edilib.

Xeberler.az-ın məlumatına görə, Ekspert şurasının və Virtual münsiflər heyətinin səsvermə nəticələrinə əsasən iştirakçı-saytların siyahısından, mükafatın nominantları olan veb-saytlar, proqramlar və İT layihələr seçilib.

Nominantların yekun siyahısı ilə buradan tanış ola bilərsiniz. Müsabiqənin qaliblərini müəyyən etmək üçün Mükafatın Akademiyası səsverməyə başlayıb. Akademiyanın nümayəndələri daxili səsvermə əsasında hər mövcud olan 16 nominasiya üzrə bir qalibi müəyyən edəcək.

Nominantlar sırasından seçilmiş qaliblər mayın 20-də rəsmi mükafatlandırma mərasimində elan olunacaqlar. NETTY 2016-nın mükafatlandırma mərasiminin rəsmi partnyoru Megamart.az  internet dükanıdır. Bütün nominant saytların nümayəndələri mərasimə dəvət olunacaq. Akademiyanın qərarı ilə “Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” və “İlin İT-hadisəsi” fəxri nominasiyalar üzrə qaliblər elan olunacaq. Həmçinin "Mobil qurğular üçün ən yaxşı proqramlar" və “Şəbəkənin seçimi” nominasiyalarında qaliblərin mükafatlandırılması həyata keçiriləcək.

Müsabiqə AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə