Previous Next
Bağla

NETTY 2016-ya ərizə qəbulu başlayıb

16-03-2016 19:44
NETTY 2016-ya ərizə qəbulu başlayıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi Azərbaycan Milli İnternet Mükafatı olan NETTY 2016 üçün ərizələrin qəbuluna  başlanıb.
 
Xeberler.az-ın məlumatına görə, qeydiyyat ilə bağlı ərizələrin qəbulu martın 15-dən  aprelin 30-dək keçiriləcək.

Qeyd edək ki, mayın 1-dən 7-dək NETTY 2016 nominantlarını müəyyən etmək məqsədilə Ekspert Şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçiriləcək.

Mayın 8-dən Ekspert şurasının (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından "Şəbəkənin seçimi" nominasiyasında üç nominant seçir) seçiminə əsaslanaraq, NETTY Akademiyası öz səsverməsinə başlayır.

Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir.

Göstərilən müddət ərzində, müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir.

Ənənəvi olaraq müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı saytlar seçilir:

• Dövlət saytı
• Elm və təhsil
• Mədəniyyət və incəsənət
• Cəmiyyət
• İnformasiya və xəbərlər
• Servis-sayt
• Korporativ sayt
• Elektron Kommersiya sahəsində ən yaxşı sayt
• Əyləncə
• İdman
• Şəxsi sayt
•Şəbəkənin seçimi.
 
Müsabiqə çərçivəsində fəxri nominasiyalar üzrə - "Mobil qurğular üçün ən yaxşı proqramlar", "Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi üzrə", "İlin İT hadisəsi" mükafatları veriləcək.
 
NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT bazarının inkişafı məqsədilə informasiya texnologiyaları sahəsi üzrə  Azərbaycanın ilk peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində  mütərəqqi xadimləri  üzə çıxarır. 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NETTY 2016-nın qalibləri açıqlandı

20-05-2016

Nar NETTY-2018 -ə dəstək olub

16-04-2018

Nar-ın dəstəyilə keçirilən NETTY-2018 mükafatının qalibləri bəlli oldu

11-06-2018

NETTY-2017-nin qalibləri-Siyahı

10-06-2017

Nar NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi

18-04-2019

NETTY 2016 nominantları müəyyən edilib

10-05-2016

Azercell İT bazarın inkişafına dəstəyi davam etdirir

12-06-2017

“NETTY 2015”-in nominantları müəyyən edilib

06-05-2015

NETTY2019 nominantları müəyyən edir, seçim prosesi başladı

24-05-2019

NETTY 2019 müsabiqəsinə start verildi

19-04-2019

NETTY-2019 mükafatına sənəd qəbulu davam edir

08-05-2019

NETTY2019 nominantları müəyyən edilib

03-06-2019

Netty 2012 Milli İnternet Mükafatı start verib

12-04-2012

Nar-ın dəstək verdiyi müsabiqənin nominantları müəyyən edilir

22-05-2018

NETTY2019 ərizələrin qəbulunu davam etdirir və suallara cavab verir

30-04-2019

Azərbaycanın 19-ci Milli İnternet Mükafatı NETTY2024 üçün qeydəalınma başlayıb

10-10-2024

Netty 2011 müsabiqəsinə start verilib

02-04-2011

NETTY 2009-un nominantları elan edildi!!!

07-05-2009

Bakı Ali Neft Məktəbinin tələbələri"NETTY-2021"Mükafatına layiq görülüblər

06-01-2022

Netty 2010-da iştirak etmək üçün ərizələrin qəbulu yekunlaşmaq üzrədir

05-04-2010

"Nar" NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

29-11-2022

Telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan olunub

21-10-2021

“Nar” milli internet resurslarına dəstək olur

30-11-2021

Netty 2012 qaliblərinin adları açıqlanıb

22-06-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə