Pekin dünyanın ən böyük “simsiz” şəhəri

11-12-2008 / 18:55

Çin dərgisi olan Beijing Business Today xəbər verir ki, üç il müddətində paytaxtın bütün rayonları WiFi şəbəkəsi ilə əhatə olunacaq. Bu barədə “Wireless City Summit 2008” zamanı informasiya texnologiyaları nazirliyinin səlahiyyətli nümayəndəsi Janq Yu bildirib.

İyul ayında Olimpiada ilə əlaqədar olaraq əsas yollar ətrafında WiFi şəbəkəsi artıq qurulmuşdur. İndi isə planda 2011-ci ilə qədər bütün Pekin aqlomerasiyasını, həm şəhərə yaxın əraziləri, həm də kəndləri simsiz texnologiya ilə tam təmin etməkdir. Ən əsası isə şəbəkə pulsuz fəaliyyət göstərəcək.

Bu layihənin nəticəsində də Pekin dünyada ən böyük WiFi şəbəkəsi olan şəhərə çevriləcək - “simsiz” şəhərə.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə