Dünyada yeni tətbiq olunan şəbəkə ölkəmizdə ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində tətbiq edilib
Azərbaycanda ilk dəfə olaraq ali təhsil ocağında “Wi-Fi kampus” internet şəbəkə sistemi qurulub. Dünyada yeni tətbiq olunan şəbəkə ölkəmizdə ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində (NDU) tətbiq edilib.
Təhsil ocağının mətbuat xidmətinin rəhbəri Mehriban Sultanın Lent.az-a verdiyi məlumata görə, “Wi-Fi” internet şəbəkə sistemi vasitəsilə nəinki universitetin bütün tədris korpuslarında, eləcə də 108 hektarlıq ərazisində simsiz internet bağlantısından istifadə etmək mümkün olacaq.
Bu şəbəkədən həmçinin universitetin elektron mühafizə sisteminin təşkilində, universitet daxili video-telefon rabitəsinin yaradılmasında istifadə olunması da nəzərdə tutulur.
Qeyd edək ki, CİSCO texnologiyaları əsasında yaradılan universitetdə qurulan simsiz kampus şəbəkəsi NATO-nun qrant layihəsi əsasında yaradılıb. Analoji şəbəkədən MDB ölkələrindən yalnız Estoniyada istifadə edilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri