“Nokia Siemens Networks” və “Motorola” şirkətləri arasında birincinin “Motorola”nın simsiz şəbəkələr infrastrukturu ilə məşğul olan bölməsinə aid səhmlərin böyük hissəsinin 1,2 mlrd. dollara əldə etməsinə dair saziş imzalanıb.
“Nokia Siemens Networks”un artan gəlirləri və onun tərkibinə “Motorola Networks” bölməsinin daxil olması sayəsində şirkət ABŞ-da üçüncü ən iri simsiz infrastruktur təchizatçısı və Yaponiyanın ən iri xarici simsiz həllər təchizatçısı olmaq, eləcə də dünyanın simsiz infrastruktur bazarında ikinci mövqeyi əldə etmək niyyətindədir.
Saziş nəticəsində gözlənilir ki, “Motorola Networks” bölməsindən “Nokia Siemens Networks”a 7500-ə yaxın əməkdaş keçəcək, həmçinin onun tərkibinə ABŞ, Çin və Hindistanda yerləşən iri tədqiqat mərkəzləri də daxil olacaq. “Motorola” öz növbəsində “iDEN” şəbəkəsi üzrə fəaliyyətini, simsiz şəbəkə infrastrukturu ilə bağlı demək olar ki, bütün patentləri və bəzi digər aktivləri özündə saxlayır.
Sazişin 2010-cu ilin sonuna kimi tamamlanacağı planlaşdırılır.
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət