Qərb Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib

10-03-2018 / 21:30

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib. Sərgidə müxtəlif sahələri təmsil edən 50-dən artıq nüfuzlu şirkət iştirak edib.

Bu barədə Xeberler.az-a Universitetdən məlumat verilib.

Yarmarkaya SOCAR, Holcim, Təmiz Şəhər ASC, Schlumberger Logelko, Gilan Holding, Ata Holding, Bakcell, Azercell kimi şirkətlərlə yanaşı aparacı banklar, sığorta və turizm şirkətləri və s. də qatılaraq vakansiyalarını təqdim ediblər.
Sərgi iş axtaranlarla işəgötürənlərin əlaqələndirilməsi baxımdan əhəmiyyətli olub. Yüzlərlə gənc şirkətlərə iş üçün müraciət edib, onların bir çoxu müsahibələrə dəvət edilib.

Tədbir çərçivəsində gənclər üçün “Karyera uğurunda bədən dilinin rolu” mövzusunda təlim də təşkil edilib.

Qeyd edək ki, məzunlarının məşğulluq məsələsinə daim diqqətlə yanaşan və bu baxımdan olduqca yüksək nəticələrə sahib olan Qərbi Kaspi Universiteti bu yarmarka ilə ümumilikdə gənclərin işlə təmin olunması istiqamətində daha bir addım atmış olub.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.