Previous Next
Bağla

Əmək Yarmarkasında kimlər iş tapdı?

13-03-2018 11:02
Əmək Yarmarkasında kimlər iş tapdı?

Məlumat verdiyimiz kimi, ötən həftə sonu Qərbi Kaspi Universitetinin təşkilatçılığı və "ASAN kadr” Karyera Mərkəzinin təşkilati dəstəyi ilə Əmək Yarmarkası keçirilib. 

Qeyd edək ki, tədbirdə Qərbi Kaspi Universitetinin rektoru Andris Leitas da iştirak edib.

Əmək Yarmarkasında müxtəlif sahə üzrə şirkətlər iştirak edib. Onlar vakansiyalarını təqdim edərək iş axtaranlara ətraflı məlumat verib.

Xeberler.az olaraq maraqlı şirkətlərin iştirakı ilə baş tutan yarmarkanın nəticələri, ümumi əhəmiyyəti ilə maraqlandıq.

Qərbi Kaspi Universitetinin İnnovasiya Şöbəsinin rəhbəri Rauf Həsənov bildirib ki,  yarmarkaya SOCAR, Holcim, Təmiz Şəhər ASC, Schlumberger Logelko, Gilan Holding, Azərsun, Ata Holding, Bakcell, Azercell kimi şirkətlər qatılıb.

Bununla yanaşı, Əmək Yarmarkasında aparacı banklar, sığorta və turizm şirkətləri, ümumilikdə 50-dək şirkət qatılaraq vakansiya və tələbələr üçün təcrübə proqramlarını təqdim edib.

Onun sözlərinə görə, sərgi iş axtaranlarla işəgötürənlərin əlaqələndirilməsi, eləcə də tələbələrin yeni təcrübə proqramları barədə informasiyalar əldə etməsi baxımdan əhəmiyyətli olub.

Bakcell şirkətinin İnsan Resursları Departamentinin əməkdaşı Elnarə Verdiyeva deyib ki, onlara yarmarkada 200-dək gənc yaxınlaşaraq iş və təcrübə imkanları ilə maraqlanıblar:

"Onlardan bəziləri CV-lərini təqdim etdilər, bəzilərini iş müsahibəsində iştiraka dəvət etdik. Şirkətimizdə satış və marketinq şöbəsində vakansiyalarımız var. Hesab edirəm ki, bu tədbir tələbələr, gənclər üçün faydalı olacaq”.

Atəşgah sığorta şirkətinin əməkdaşı Səidə Qurbanova isə tələbələrin xüsusilə təcrübə proqramları ilə maraqlandığını deyib:

“Hazırda bir neçə vakansiyamız var. Maraqlananlar çoxdur. Vakansiyalarımızda təcrübə tələb olunmur. Potensialı olan gəncləri cəlb etməkdə maraqlıyıq”.

Qərbi Kaspi Universitetinin tələbəsi Yadigar Nağıyev bildirib ki, şirkətlərdən bir neçəsinə təcrübə proqramı üçün müraciət edib:

"Universitetimiz bizə təcrübə proqramlarına qoşulmaq üçün müxtəlif imkanlar yaradır. Bugünkü yarmarka bu imkanlardan biridir. Üç şirkətə təcrübə proqramı üçün müraciət etmişəm. Əgər hər üçündən dəvət gəlsə, sonra seçim edərəm. İnanıram ki, təcrübə proqramında özümü doğruldacam, daha sonra iş təklifi də alacağam”.

Sərgiyə başqa universitetin tələbələri, məzunları da qatılıb.

Bakı Dövlət Universitetinin ötənilki məzunu Əli Süleymanov bir neçə şirkətin vakansyiyaları ilə tanış olub:

"10-dan artıq şirkətin vakansiyası ilə tanış oldum. Holcim, Azercell və Sumqayıt Sənaye Parkına CV təqdim etdim. Ümid edirəm, nəsə alınacaq”.

Universitetdən Xeberler.az-a verilən məlumata görə, yarmarka gənclərin şirkətlərin tələb etdiyi kompitensiyalar barədə məlumatlar alması, işəgötürənlərin İnsan Resursları Departamentlərinin əməkdaşları ilə birbaşa təması baxımından da əhəmiyyətli olub. 

Məlumata görə, yarmarka yalnız gənclər üçün təşkil edilməyib. Belə ki, 44 yaşlı Vahid Axundov deyir ki, iş üçün burada bir neçə şirkətə müraciət edib:

"Bank, mühasibatlıq sahəsində təcrübəm var. Bir neçə banka və sığorta şirkətlərinə müraciət etdim. CV-ni qəbul etdilər, ümid edirəm, əlaqə saxlayacaqlar”.

Qərbi Kaspi Universitetinin məzunu olmuş Lamiyə Niftiyeva isə əmindir ki, o, burada iş tapıb:

"İş üçün şirkətlərdən birinə müraciət etdim. HR buarada olduğundan elə buradaca müsahibə təşkil edildi. Xarici dil bilikləri filan tələb olunurdu. Mənim də IELTS sertifikatım var, özümlə götürmüşdüm, müsahibənin bir hissəsi də ingiliscə oldu. Dedilər ki, müraciət etdiyim vakansiyaya tam uyğun gəlirəm, növbəti həftə məni rəhbərliklə görüşdürəcəklər”.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qərb Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib

10-03-2018

Bakcell daha bir universitetdə əmək yarmarkasına qatılıb

12-03-2018

Azercell tələbələr üçün yeni imkanlar açır

17-03-2022

Rektor yeni memorandumu şərh etdi

17-12-2017

Bakcell Gəncədə məzun yarmarkasına qatılıb

06-06-2018

Qərb Universiteti xarici şirkətlə memorandum imzalayıb

06-03-2018

Nar əmək yarmarkasında iştirak edib

27-09-2018

Rektor: “Mühəndislik ixtisasları üzrə kadr hazırlayırıq”

03-05-2018

Azercell tələbələrə dəstək oldu

14-03-2018

Qərbi Kaspi Universiteti Makers’ Day 2018-ə dəvət edir

12-11-2018

Amerikalı tanınmış professor Qərbi Kaspi Universitetində

19-12-2017

Bakcell Karyerada ilk addım devizi altında keçirilən tədbirə qoşuldu

27-09-2018

Azercell tələbələr üçün yeni karyera imkanları yaradır

03-06-2021

Bakcell ADA Universitetində karyera yarmarkasına qatılıb

06-03-2019

Nar əmək yarmarkasında iştirak etdi

06-06-2018

Azercell tələbələrə dəstək olub

16-10-2017

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

17-12-2018

Bakcell növbəti karyera sərgisinə qatılıb

22-05-2018

Bakcell Karyera Sərgisində iştirak edib

05-03-2018

“Ölkəmiz İKT sahəsində Azərbaycanla əməkdaşlıq edir”

18-04-2018

Makers Day 2018 gənclər üçün təcrübə və iş imkanı yaradıb

17-11-2018

Azercell-dən karyera imkanı

18-12-2017

«Azercell» Karyera Yarmarkasında iştirak edib

13-11-2010

Hesab.az– dan tələbələrə təcrübə imkanı

11-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə