Smart Start proqramına seçilən gənclər Bakcell-də təcrübəyə başladı

27-07-2016 / 09:55

Bakcell şirkətinin təşkil etdiyi Smart Start təcrübə proqramının seçim turlarından uğurla keçən gənclər şirkətdə təcrübə keçməyə başlayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın məqsədi karyerasında ilk addımlarını atmağa başlayan 18-25 yaş arası gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, onların praktiki biliklərini artırmaq və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Gənclər arasında Smart Start proqramına maraq bu il də böyük olub. Bakcell-də təcrübə keçmək üçün 2000-ə yaxın gənc  müraciət forması təqdim edib. Bütün seçim mərhələlərini  müvəffəqiyyətlə keçən 33 nəfər isə təcrübə proqramında iştirak hüququ qazanıb.

İştirakçılar 2 ay müddətində insan resursları, marketinq, mühasibatlıq, pərakəndə satış və distribusiya, korporativ satış, informasiya texnologiyaları əməliyyatları, müştəri və müəssisə idarəetmə platformaları, xidmət əməliyyatları mərkəzi, proqram idarəetmə, müştəri xidmətləri strategiyası və onlayn xidmətlərin idarə edilməsi, müştəri xidmətləri şöbələrində çalışacaqlar.

Təcrübə müddətində gənclər şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini öyrənir,  eyni zamanda  karyera planlaşdırılması, biznes etikası, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edirlər.

Qeyd edək ki, 2014 və 2015-ci illərdə Smart Start təcrübə proqramından 54 nəfər məzun olub, onların 12 nəfəri artıq Bakcell şirkətinin müxtəlif sahələrində işlə təmin olunub. Digər məzunlar isə yeni yaranan vakansiyalara potensial namizəddirlər.

Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay müddətində “Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar.

Bu il gənclərin proqram haqqında ətraflı məlumat alması və müraciət prosesini daha dinamik və asan etmək məqsədi ilə yeni sayt istifadəyə verilib. Sayt vasitəsi ilə təcrübə proqramına müraciət etmək, proqram haqqında daha geniş məlumatları, xəbərləri və məzunların təcrübə hekayələrini oxumaq, Bakcell-in universitetlərdə keçirdiyi tədbirlərə qoşulmaq üçün qeydiyyatdan keçmək, əməkdaşlarımızın gənclərə verdiyi tövsiyələri ilə tanış olmaq mümkündür.

Kreativ gənclərin öz təkliflərini və layihə ideyalarını göndərə bilməsi üçün saytda xüsusi bölmə yaradılıb. Son statistakaya əsasən gənclər artıq bu saytdan aktiv şəkildə faydalanır və şirkətlə daha sıx əlaqəyə girirlər.

Günel  


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.