Previous Next
Bağla

Bakcell-də təcrübə keçmək istəyənlərin nəzərinə

08-05-2017 16:23
Bakcell-də təcrübə keçmək istəyənlərin nəzərinə

Bakcell şirkəti 18-25 yaş arası gənclərə, tələbə və məzunlara “Smart Start” təcrübə proqramına qoşulmağı təklif edir.

Tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, praktiki biliklər təqdim etmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Qeyd edilib ki, seçimdən uğurla keçən namizədlərə satış və marketinq sahəsində 2 ay müddətində təcrübə keçmək imkanı yaradılacaq.

Təcrübə müddətində gənclər şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini, öyrənir, eyni zamanda  karyera planlaşdırılması, biznes etikasi, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edirlər.

Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün Bakcell təcrübəçilərə müvafiq məbləğdə təqaüd verəcək. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləndiriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaq.

http://developtalent.bakcell.com/az səhifəsində “Smart Start” haqqında daha ətrafli məlumat almaq və 15 may 2017-ci il tarixinə qədər müraciət göndərmək olar.

Qeyd edək ki, 2014-cü ildən etibarən “Smart Start” təcrübə proqramında iştirak etmək üçün 5500-dən çox müraciət daxil olub. Onlardan 85 nəfər seçimdən uğurla keçərək proqramda iştirak edib. Proqramda iştirak zamanı yüksək nəticələr nümayiş etdirən məzunlardan 16 nəfər Bakcell şirkəti tərəfindən, 19 nəfər isə başqa şirkətlər tərəfindən işlə təmin edilib. Digər 50 nəfər isə yerli və xarici universitetlərdə təhsillərini davam etdirirlər.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell təcrübə proqramı elan edib

15-05-2018

Smart Start proqramına seçilən gənclər Bakcell-də təcrübəyə başladı

27-07-2016

Gənclər Bakcell şirkətində təcrübəyə başlayıblar

13-07-2015

Bakcell-in təcrübə proqramı başa çatıb

07-09-2015

Bakcell tələbələr üçün müxtəlif imkanlar yaradır

21-04-2015

Bakcell-də işləmək istəyənlər üçün fürsət

15-04-2016

Bakcell əməkdaşları universitet tələbələri ilə görüşüb-Fotolar

17-05-2016

Bakcell ADA Universitetində karyera yarmarkasına qatılıb

06-03-2019

30 tələbə Azercell-də təcrübə keçmək imkanı qazanıb

20-07-2016

Bakcell Bakutel-də gənclər üçün imkanlar nümayiş etdirir

04-12-2015

Azercell-də təcrübə keçmək istəyənlərin nəzərinə

03-04-2018

Bakcell Karyera Sərgisində iştirak edib

05-03-2018

Azercell-də işləmək istəyən tələbələr üçün yeni imkan  

22-04-2017

Kiber Hücumların Simulyasiyası Laboratoriyasının təcrübə proqramına start verilib

19-08-2021

«Bakcell» ali məktəb tələbələri üçün «Bakcell Məzunu» proqramına başlayıb

19-11-2010

Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

27-09-2019

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022

Tələbələrin Yay Təcrübə Proqramı başa çatdı-Foto

05-09-2016

Bakcell növbəti karyera sərgisinə qatılıb

22-05-2018

Bakcell-dən gənclərə dair növbəti töhfə

13-03-2019

Biznes qurmaq istəyən gənclərə Bakcell-dən növbəti dəstək

29-10-2018

Bakcell daha bir iri karyera sərgisində iş müsahibələri keçirib

08-10-2018

Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır

12-06-2019

Bakcell Gəncədə məzun yarmarkasına qatılıb

06-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə