Previous Next
Bağla

Bakcell təcrübə proqramı elan edib

15-05-2018 16:59
Bakcell təcrübə proqramı elan edib

Bakcell böyük məmnuniyyətlə III və IV kurs bakalavr tələbələri, magistrlər və yeni məzunları şirkətin “2018 Yay Təcrübə Proqramı”nda iştirak etməyə dəvət edir.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın əsas məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri Azərbaycanın ən nüfuzlu və innovativ şirkətlərindən birində iş mühiti ilə tanış etmək, praktiki biliklərlə təmin etmək və onların işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Seçimdən uğurla keçən namizədlər Bakcell-in satış və marketinq şöbələrində 2 ay müddətində təcrübə keçmək imkanına malik olacaqlar. Təcrübə müddətində gənclər şirkətin aparıcı mütəxəssisləri arasından seçilmiş təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini öyrənəcək, eyni zamanda karyera planlaşdırılması, biznes etikasi, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda praktiki biliklər əldə edəcəklər. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləniriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar.

Bakcell şirkətinin “2018 Yay Təcrübə Proqramı” barədə daha ətraflı məlumatı www.bakcell.com səhifəsində əldə etmək olar. Proqramda iştirak etmək üçün müraciətlər (CV) 31 may 2018-ci il tarixinə qədər [email protected] ünvanı vasitəsilə qəbul olunacaq.

Qeyd edək ki, 2014-cü ildən etibarən Bakcell şirkətinin təcrübə proqramlarında 100 nəfərdən çox gənc iştirak edib. Proqramda iştirak zamanı yüksək nəticələr nümayiş etdirən tələbə və məzunlar Bakcell şirkəti və digər nüfuzlu şirkətlər tərəfindən işlə təmin edilib. Digər iştirakçılar isə yerli və xarici universitetlərdə təhsillərini davam etdirirlər.

Azərbaycanın ən prestijli işəgötürənlərdən biri olan Bakcell şirkəti, bütün işçilər və namizədlər üçün eyni şərait yaradır. Şirkət işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakcell-də təcrübə keçmək istəyənlərin nəzərinə

Bakcell-də təcrübə keçmək istəyənlərin nəzərinə

08-05-2017
Gənclər Bakcell şirkətində təcrübəyə başlayıblar

Gənclər Bakcell şirkətində təcrübəyə başlayıblar

13-07-2015
Smart Start proqramına seçilən gənclər Bakcell-də təcrübəyə başladı

Smart Start proqramına seçilən gənclər Bakcell-də təcrübəyə başladı

27-07-2016
Bakcell tələbələr üçün müxtəlif imkanlar yaradır

Bakcell tələbələr üçün müxtəlif imkanlar yaradır

21-04-2015
Bakcell-in  təcrübə proqramı başa çatıb

Bakcell-in təcrübə proqramı başa çatıb

07-09-2015
Bakcell Karyera Sərgisində iştirak edib

Bakcell Karyera Sərgisində iştirak edib

05-03-2018
Bakcell-də işləmək istəyənlər üçün fürsət

Bakcell-də işləmək istəyənlər üçün fürsət

15-04-2016
Bakcell əməkdaşları universitet tələbələri ilə görüşüb-Fotolar

Bakcell əməkdaşları universitet tələbələri ilə görüşüb-Fotolar

17-05-2016
«Bakcell» ali məktəb tələbələri üçün «Bakcell Məzunu» proqramına başlayıb

«Bakcell» ali məktəb tələbələri üçün «Bakcell Məzunu» proqramına başlayıb

19-11-2010
Bakcell növbəti karyera sərgisinə qatılıb

Bakcell növbəti karyera sərgisinə qatılıb

22-05-2018
Bakcell Gəncədə məzun yarmarkasına qatılıb

Bakcell Gəncədə məzun yarmarkasına qatılıb

06-06-2018
Bakcell ADA Universitetində karyera yarmarkasına qatılıb

Bakcell ADA Universitetində karyera yarmarkasına qatılıb

06-03-2019
Bakcell daha bir iri karyera sərgisində iş müsahibələri keçirib

Bakcell daha bir iri karyera sərgisində iş müsahibələri keçirib

08-10-2018
Bakcell daha bir universitetdə əmək yarmarkasına qatılıb

Bakcell daha bir universitetdə əmək yarmarkasına qatılıb

12-03-2018
Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

27-09-2019
Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

17-12-2018
Bakcell və AIESEC təşkilatı gənclər üçün təcrübə mübadiləsi proqramına başladı

Bakcell və AIESEC təşkilatı gənclər üçün təcrübə mübadiləsi proqramına başladı

12-11-2010
Bakcell-dən məzun və tələbələrə növbəti dəstək

Bakcell-dən məzun və tələbələrə növbəti dəstək

25-12-2018
Bakcell Karyerada ilk addım devizi altında keçirilən tədbirə qoşuldu

Bakcell Karyerada ilk addım devizi altında keçirilən tədbirə qoşuldu

27-09-2018
İKTA Yay Təcrübə Proqramı elan edir

İKTA Yay Təcrübə Proqramı elan edir

29-04-2025
Bakcell şirkəti yenilənmiş saytını istifadəyə verib

Bakcell şirkəti yenilənmiş saytını istifadəyə verib

01-12-2021
«Bakcell» şirkəti «Mobil Telekommunikasiya Biznesinə Giriş» proqramının yeni mərhələsinə başlayıb

«Bakcell» şirkəti «Mobil Telekommunikasiya Biznesinə Giriş» proqramının yeni mərhələsinə başlayıb

03-10-2010
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

20-05-2026
Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

03-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə