Previous Next
Bağla

Bakcell-in təcrübə proqramı başa çatıb

07-09-2015 17:56
Bakcell-in  təcrübə proqramı başa çatıb

Bakcell şirkətində “Smart Start” təcrübə proqramı çərçivəsində təcrübə keçən gənclər proqramı uğurla başa vurublar.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Bakcell şirkətinin 18-25 yaş arası tələbə və məzunlar üçün təşkil etdiyi “Smart Start” təcrübə proqramı çərçivəsində 32 nəfər gənc insan resursları, informasiya texnologiyaları, hüquq, texniki, mühasibatlıq, marketinq, müştəri xidmətləri, təchizat və logistika, tənzimləmə və dövlət qurumları ilə iş, korporativ satış, biznes texnologiyaları, pərakəndə satış və distribusiya şöbələrində təcrübə keçərək, peşəkar iş karyerasına başlamaq üçün faydalı olan bilik və bacarıqlara yiyələniblər.

İki aylıq proqram ərzində gənclər Bakcell şirkətində çalışaraq ən müasir biznes mühiti ilə tanış olublar.

“İki il ərzində proqramda iştirak etmək istəyən gənclər tərəfindən 3000-ə yaxın müraciət qəbul etdik və onlara maksimum dərəcədə şans verməyə çalışdıq. Keçən il 22, bu il isə 32 nəfər təcrübəçimiz olub. Gənclərin peşəkar bacarıqlarını inkişaf etdirmək üçün Bakcell-i seçməsi bizi çox sevindirir. Milli operator olaraq ölkə gəncliyinə dəstək verməyə davam edəcəyik”,- deyə Bakcell-in baş icraçı direktoru  Riçard Şirer bildirib.

“Smart Start” proqramın məzunları isə Bakcell haqqında fikirlərini bölüşüblər:

Elvin Nürəddinli: “Smart Start” proqramı mənim gələcək peşəkar karyera planlarımda olduqca böyük rol oynadı. Mən gələcəkdə özümü inkişaf etdirəcəyim prioritet sahələri müəyyənləşdirdim və əla dostlar qazandım”.

Simuzər Mahmudova: “Uzun müddət nəzəri olaraq əldə etdiyim bilik və bacarıqları real iş mühitində tətbiq etdiyimə görə olduqca şadam. Karyerada ilk addımlar üçün “Smart Start” proqramı gənclər üçün əla şansdır”.

İbrahim Niftiyev: “Bu iki ay ərzində Bakcell ailəsinin bir hissəsi olduğuma görə çox şadam. Təcrübə proqramı ərzində olduqca dəyərli bilik və bacarıqlar əldə etdim”.

Leyla İsayeva: “İxtisasca müəllimə olsam da, özümü iş həyatında sınamaqla dəyərli təcrübə əldə etmiş oldum. Əminəm ki, əldə etdiyim bilik və bacarıqlar uğur qazanmağımda müstəsna əhəmiyyət daşıyacaq”. 

“Smart Start” proqramında təcrübə müddəti 2 ay olmaqla həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay müddətində Bakcell-dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar.

Qeyd edək ki, “Smart Start” proqramının bütün məzunları Bakcell şirkətində açılan iş yerlərinə potensial namizəd hesab olunurlar. Ötən il təcrübə proqramını müvəffəqiyyətlə başa vuran gənclərdən 5 nəfər artıq Bakcell şirkəti tərəfindən işlə təmin olunub. Proqramın builki məzunlarından da bir neçəsinin işlə təmin olunması gözlənilir.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Gənclər Bakcell şirkətində təcrübəyə başlayıblar

Gənclər Bakcell şirkətində təcrübəyə başlayıblar

13-07-2015
Bakcell əməkdaşları universitet tələbələri ilə görüşüb-Fotolar

Bakcell əməkdaşları universitet tələbələri ilə görüşüb-Fotolar

17-05-2016
Smart Start proqramına seçilən gənclər Bakcell-də təcrübəyə başladı

Smart Start proqramına seçilən gənclər Bakcell-də təcrübəyə başladı

27-07-2016
Bakcell-də təcrübə keçmək istəyənlərin nəzərinə

Bakcell-də təcrübə keçmək istəyənlərin nəzərinə

08-05-2017
Bakcell-də işləmək istəyənlər üçün fürsət

Bakcell-də işləmək istəyənlər üçün fürsət

15-04-2016
Bakcell təcrübə proqramı elan edib

Bakcell təcrübə proqramı elan edib

15-05-2018
Bakcell tələbələr üçün müxtəlif imkanlar yaradır

Bakcell tələbələr üçün müxtəlif imkanlar yaradır

21-04-2015
Bakcell Bakutel-də gənclər üçün imkanlar nümayiş etdirir

Bakcell Bakutel-də gənclər üçün imkanlar nümayiş etdirir

04-12-2015
«Bakcell» ali məktəb tələbələri üçün «Bakcell Məzunu» proqramına başlayıb

«Bakcell» ali məktəb tələbələri üçün «Bakcell Məzunu» proqramına başlayıb

19-11-2010
Bakcell və AIESEC təşkilatı gənclər üçün təcrübə mübadiləsi proqramına başladı

Bakcell və AIESEC təşkilatı gənclər üçün təcrübə mübadiləsi proqramına başladı

12-11-2010
Bakcell ADA Universitetində karyera yarmarkasına qatılıb

Bakcell ADA Universitetində karyera yarmarkasına qatılıb

06-03-2019
Bakcell Karyera Sərgisində iştirak edib

Bakcell Karyera Sərgisində iştirak edib

05-03-2018
“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı

“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı

31-07-2024
Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

11-12-2018
Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

17-12-2018
Bakcell növbəti karyera sərgisinə qatılıb

Bakcell növbəti karyera sərgisinə qatılıb

22-05-2018
Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

27-09-2019
Bakcell Gəncədə məzun yarmarkasına qatılıb

Bakcell Gəncədə məzun yarmarkasına qatılıb

06-06-2018
Tələbələrin Yay Təcrübə Proqramı başa çatdı-Foto

Tələbələrin Yay Təcrübə Proqramı başa çatdı-Foto

05-09-2016
Bakcell-dən gənclərə dair növbəti töhfə

Bakcell-dən gənclərə dair növbəti töhfə

13-03-2019
Bakcell-dən məzun və tələbələrə növbəti dəstək

Bakcell-dən məzun və tələbələrə növbəti dəstək

25-12-2018
Bakcell daha bir universitetdə əmək yarmarkasına qatılıb

Bakcell daha bir universitetdə əmək yarmarkasına qatılıb

12-03-2018
Bakcell daha bir iri karyera sərgisində iş müsahibələri keçirib

Bakcell daha bir iri karyera sərgisində iş müsahibələri keçirib

08-10-2018
Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır

Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır

12-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə