SUP startaplar üçün Demo Day təşkil edəcək

07-05-2016 / 12:02

Azərbaycanın ilk startap akseleratoru olan SUP startaplar üçün Demo Day təşkil edəcək. 

Xeberler.az-ın məlumatına görə, mayın 14-də təşkil ediləcək Demo Day-də SUP-da fəaliyyət göstərən startap layihələri öz məhsullarını investorlara təqdim edəcək.

SUP akselerator proqramının yaradıcısı, Khazar Ventures şirkətinin rəhbəri Məmməd Kərimov məlumatı Xeberler.az-a təsdiqləyib.

O qeyd edib ki, startap layihələri investorlara təqdim ediləcək və investorlar bəyəndikləri layihələrə yatırım edəcək:

“Görüş qapalı keçiriləcək. Layihələrin təqdimatında həm yerli, həm də xarici investorlar iştirak edəcək. İnvestorlar bəyəndikləri layihələrə yatırım edəcək. Artıq yatırımın məbləği onların qərarından asılıdır”.

Demo Day-də təqdimat edəcək layihələr:

Flapus-tapşırıqları bir-birinizə asanlıqla göndərməyə imkanı verən sistemdir

Lendock- nəqliyyat vasitəsitələrinin icarəsi platformasıdır

Shrippy-alış-veriş üçün onlayn platformadır. Belə ki, platformada  aldığınız geyimlərin markasını, qiymətini və yerləşdiyi məkanı qeyd edirsiniz

Alkredit-kredit sifarişi portalıdır

Demo Day-in təşkil edilməsində əsas məqsəd yalnız yerli yox, həmçinin regionada startap layihələrinin fəaliyyətini sürətləndirməkdir.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə