Previous Next
Bağla

Yerli startapımız 90 min manat yatırım alıb

25-01-2017 13:31
Yerli startapımız 90 min manat yatırım alıb

Redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, yerli startapımız Shrippy layihəsi ciddi investisiya yatırımı alıb.

Bəzi iddialar da var ki, Shrippy layihəsi bazarda uğurlu ola bilməyib.

Bu məlumatları dəqiqləşdriməyə çalışdıq.

Qeyd edək ki, qlobal bazarı hədəfləyən Shrippy SUP akselerator proqramının startaplarından olub.

Shrippy nədir?

Shrippy- alış-veriş üçün onlayn platformadır. Platformada aldığınız geyimlərin markasını, qiymətini və yerləşdiyi məkanı qeyd edirsiniz.

Xatırladaq ki, bu yaxınlarda məşhur Instagram platforması da bu xidmətə oxşar funksiyasını elan etdi. Belə ki, artıq istifadəçilər Instagram üzərindən bəyəndikləri bir məhsula dair daha çox detal görə biləcək və birbaşa səbətə əlavə səhifəsinə istiqamətləndiriləcək.

Ekspertlər məhz bu yenilkdən sonra Shrippy layihəsinə böyük rəqibin çıxdığı qeyd edirdilər.

Bu da bəzi iddialara səbəb oldu ki, Shrippy bazara daxil olmaqda gecikdi və belə böyük şirkətlə mübarizə apara bilməyəcək.

Bunları nəzərə alaraq həm layihənin invetisiya alması, həm də hazırda işlərin nə yerdə olması ilə maraqlanmaq üçün layihə rəhbərlərindən Cəfər Nəcəfov ilə söhbət etdik.

Layihə rəhbəri investisiya aldıqlarını təsdiqləsə də, bu yatırımın rəqəmini açıqlamaq istəmədiyini deyib.

Cəfər Nəcəfov bildirib ki, hazırda Shrippy yeni yatırım mərhələsindədir, investorlarla danışıqlar davam edir.

Layihənin uğursuz olması iddialarına gəlincə isə o, qeyd edib ki, Shrippy layihəsi fəaliyyətini dayandırmayıb:

“Düzdür, Instagram tag etmək funksiyasını test etməyə başladığı üçün bu, bizim üçün o qədər də yaxşı olmadı. Bir çox investorlar bunu bizim layihə üçün risk kimi görür. Amma biz bunlara uğursuzluq kimi qiymətləndirmirik və fəaliyyətimizə davam edirik. Hər gün insanlar Shrippy-dən istifadə edərək sosial şəbəkələrdə paylaşımlar edir və bu da bizi ruhlandırır”.

Məsələ ilə bağlı SUP akselerator proqramının yaradıcısı, Khazar Ventures şirkətinin rəhbəri Məmməd Kərimov sorğumuza cavab olaraq bildirib ki, Shrippy layihəsi təxminən 90 min AZN  (50 min dollar) investisiya alıb.

Onun sözlərinə görə, yatırımı Khazar Ventures də daxil olmaqla 3 investor həyata keçirib.

Məmməd Kərimov qeyd edib ki, Shrippy layihəsi hazırda Türkiyədə fəaliyyətinə davam edir.

Layihənin uğursuz olması iddiasına münasibət bildirən şirkət rəhbəri vurğulayıb ki, bir startapa yatırımın uğurlu olub-olmaması ancaq 3-4 il müddətində məlum ola bilər. Məmməd Kərimov xatırladıb ki, SUP Shrippy layihəsinə ancaq akselarasiya müddətində dəstək olub.

Qeyd edək ki, ötən il Shrippy layihəsi Türkiyədə keçirilən Webrazzi Summit çərçivəsində startaplar üçün təşkil edilən Webrazzi Arena yarışmasında iştirak edib.  

Layihə komandasında Türkiyənin startap bazarında tanınan şəxslərdən Ersin Al, Emrə Yunus Tirnovali də var.

Shrippy ötən il həmçinin MilliNet müsabiqəsində də “Mobil tətbiqlər” nominasiyası üzrə 2-ci yerə layiq görülüb.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yerli startapımız 90 min AZN-dən çox yatırım alıb

Yerli startapımız 90 min AZN-dən çox yatırım alıb

25-01-2017
SUP startaplar üçün Demo Day təşkil edəcək

SUP startaplar üçün Demo Day təşkil edəcək

07-05-2016
Startapçımız Türkiyədə keçirilən tədbirdə- Fotolar

Startapçımız Türkiyədə keçirilən tədbirdə- Fotolar

19-10-2016
SUP startapları investorlara layihələrini təqdim edir

SUP startapları investorlara layihələrini təqdim edir

14-05-2016
Startapçımız Webrazzi Arena-da təqdimat edib-Yenilənib

Startapçımız Webrazzi Arena-da təqdimat edib-Yenilənib

19-10-2016
SUP  ilk proqramına seçilən startapları açıqladı

SUP ilk proqramına seçilən startapları açıqladı

26-01-2016
Startap layihələrimiz Britaniya şirkətinə təqdim olunacaq

Startap layihələrimiz Britaniya şirkətinə təqdim olunacaq

04-04-2016
Britaniya şirkəti hansı startaplara yatırım edəcək?

Britaniya şirkəti hansı startaplara yatırım edəcək?

03-05-2016
Wayra Pitch Day üçün seçilmiş layihələr açıqlandı

Wayra Pitch Day üçün seçilmiş layihələr açıqlandı

01-04-2016
Azərbaycan startapının da iştirak etdiyi Webrazzi Summit canlı yayımlanır

Azərbaycan startapının da iştirak etdiyi Webrazzi Summit canlı yayımlanır

19-10-2016
Seedstars Baku-da hansı startaplarımız iştirak edir?

Seedstars Baku-da hansı startaplarımız iştirak edir?

14-06-2016
MilliNet 2016-da Nominant statusu alan mobil tətbiqlər

MilliNet 2016-da Nominant statusu alan mobil tətbiqlər

18-12-2016
Azərbaycan startap layihəsi 20 min investisiya aldı

Azərbaycan startap layihəsi 20 min investisiya aldı

16-12-2015
Bakcell startap layihələrinə dəstək verir

Bakcell startap layihələrinə dəstək verir

04-05-2016
“Webrazzi Summit 2015 ” konfransını canlı izləyə bilərsiniz

“Webrazzi Summit 2015 ” konfransını canlı izləyə bilərsiniz

21-10-2015
SUP 2-ci proqramına seçilən startapları açıqladı

SUP 2-ci proqramına seçilən startapları açıqladı

10-08-2016
Startapımız beynəlxalq yarışda  iştirak edib

Startapımız beynəlxalq yarışda iştirak edib

09-04-2015
Türkiyədəki startap müsabiqəsinə qeydiyyat başladı

Türkiyədəki startap müsabiqəsinə qeydiyyat başladı

16-08-2016
Startap layihələrimizə dad, duz qatacaq Sup - Fotolar

Startap layihələrimizə dad, duz qatacaq Sup - Fotolar

04-12-2015
Türkiyə yenidən texnologiya sahəsinin mütəxəssislərini bir araya toplayır

Türkiyə yenidən texnologiya sahəsinin mütəxəssislərini bir araya toplayır

17-10-2015
Qlobal startapımız məhsulunu Çində istehsal edəcək

Qlobal startapımız məhsulunu Çində istehsal edəcək

09-08-2016
Startap ekosistemində nə baş verir?-Mərkəzlər birləşdi

Startap ekosistemində nə baş verir?-Mərkəzlər birləşdi

06-07-2017
Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq-Təbii.AL

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq-Təbii.AL

15-04-2016
Azərbaycanın startap ekosistemində yeni təkan - Sup

Azərbaycanın startap ekosistemində yeni təkan - Sup

04-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə