“Future Lab” ilə YTP arasında niyyət protokolu imzalanıb

20-02-2025 / 18:14

“PASHA Holding” tərəfindən təsis edilmiş “Future Lab” innovasiya laboratoriyası ilə Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) arasında niyyət protokolu imzalanıb. Sənədi “Future Lab”ın baş icraçı direktoru Fərrux Əliyev və Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov imzalayıblar.

Xeberler.az məlumat verir ki, razılaşmaya əsasən, “Future Lab” innovasiya laboratoriyası “SABAH.city” innovasiya şəhərciyində fəaliyyət göstərəcək və bu ekosistemin inkişafına innovativ texnologiyalarla töhfə verəcək.

“SABAH.city” innovasiya şəhərciyi Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının bazasında qurulacaq. Burada ali təhsil müəssisələrinin aparıcı proqramları, elmi-tədqiqat laboratoriyaları, özəl təhsil müəssisələri, innovativ şirkətlər, startaplar və innovasiya ekosisteminin digər oyunçuları bir məkanda cəmləşəcək.

Layihənin məqsədi insan kapitalının inkişafına, elmi tədqiqatların kommersiyalaşdırılmasına, təhsil və sənaye arasında bilik transferi prosesinə, eləcə də bilik iqtisadiyyatında yeni iş yerlərinin yaradılmasına dəstək verməkdir. Şəhərciyin 20 hektar ərazidə inşa edilməsi planlaşdırılır və ilk fazasının açılışı 2026-cı ilə planlaşdırılır.

Yüksək Texnologiyalar Parkı və “SABAH.city” innovasiya şəhərciyinin fəaliyyəti ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün rəsmi sosial media kanallarını (facebook.com/ameaytp, linkedin.com/company/hightechnologiespark və instagram.com/ytp.az) izləmək tövsiyə edilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə