Previous Next
Bağla

XRİTDX əlilliyi olan şəxslər üçün müyəssərliyə dair modul istifadəyə verib

21-02-2025 13:44
XRİTDX əlilliyi olan şəxslər üçün müyəssərliyə dair modul istifadəyə verib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) əlilliyi olan şəxslər üçün müyəssərliyə dair modul istifadəyə verib.

Xeberler.az məlumat verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İdarə rəisi Tural Məmmədov “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda çıxışı zamanı deyib.

“2020-ci ildə Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, dövlət informasiya ehtiyatlarında əlçatanlıqla bağlı yeni bir tələb əlavə olunub. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifi əsasında olub. Həmin tələbə uyğun olaraq dövlət qurumları öz informasiya ehtiyatlarında əlillər üçün əlçatanlıq menyusu tətbiq etməlidirlər. Bəzən bu modul xarici veb-saytlardan müxtəlif plaginlərin istifadəsi ilə həyata keçirilirdi. Ancaq kənar kodların dövlət saytlarında istifadəsi və çağırılması təhlükə yaratdığından, bu xidməti artıq XRİTDX tərəfindən təqdim edilir. Bu plagin çox rahat istifadə oluna bilən kiçik addımlardan ibarətdir”, - deyə Tural Məmmədov bildirib.

Bu il Azərbaycanda “Ağıllı Şəhərlərdə Kibermüharibə” tədbiri keçiriləcəyini də sözlərinə əlavə edən T.Məmmədov bu yarışı “Critical Infrastructure Defence Challenge 2023” (“CIDC-2023”) tədbirinin davamı olaraq baş tutacağını bildirib: “Bilirsiniz ki, artıq texnoloji inkişaf “ağıllı evlər”, “ağıllı şəhərlər” konsepsiyasını gündəmə gətirir və bizim də bu iki yarışdakı əsas konseptual yanaşmamız ““Ağıllı şəhərlərdə” kibermüharibə necə olur?”, “Bundan necə qorunmaq lazımdır?” və “Bu müdaxiləyə necə hazırlıqlı olmalıyıq?” kimi mövzuları araşdırmağı zəruri edir”, - deyə T.Məmmədov əlavə edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış oktyabrın 26-27-də baş tutacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Qurumlarının İT rəhbərlərinin V Zirvə Toplantısı keçirilir

21-02-2025

Azərbaycanda İnformasiya Təhlükəsizliyi Riskləri Reyestri yaradılacaq

21-02-2025

Azərbaycanda dövlət qurumları üçün "wetransfer"ə alternativ resurs yaradılıb

07-02-2023

Tural Məmmədov: Azərbaycana kiberhücumların sayının artması gözləniləndir

24-10-2023

Ötən il dövlət qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı 857 bildiriş göndərilib

21-02-2025

Azərbaycanda dövlət və özəl qurumlar arasında kibermüharibə yarışı olacaq

01-09-2023

Dövlət qurumları bu il yeni elektron poçt sisteminə keçəcək

07-02-2023

Azərbaycanda ilk dəfə kibermüharibə yarışı keçiriləcək

24-10-2023

Ötən il dövlət qurumlarına yüzlərlə kiberhücumun qarşısı alınıb

07-02-2023

Dövlət qurumlarına olan bir çox kiberhücumlar elektron poçt vasitəsilə həyata keçirilir

07-02-2023

Azərbaycan Microsoft-a lisenziyaların qiymətini aşağı salınmasını təklif edəcək

07-02-2023

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024

XRİTDX Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında əməkdaşlığını davam etdirir

29-10-2023

Bakıda “Critical Infrastructure Defence Challenge 2023” tədbiri keçiriləcək

14-07-2023

“Hack The Future 2” təlimlərinə qeydiyyat başlayıb

13-08-2025

Dövlət Xidməti: "Növbəti kibermüharibə yarışı indiyə qədər keçirilən yarışın III mərhələsi olacaq"

24-10-2023

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

Tural Məmmədov: Daxil olan kiberinsidentləri mütəmadi araşdırırıq

07-12-2024

Dövlət qurumlarında “Anti-DDoS” sisteminin tətbiqinə başlanılacaq

02-02-2024

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin yenilənmiş elekton informasiya ehtiyatı istifadəyə verilib

04-11-2023

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024

XRİTDX: Dövlət informasiya ehtiyatlarına kütləvi DDoS hücumları müşahidə olunur

26-02-2025

Bakıda keçirilən “kiber müharibə” yarışının qalibi müəyyənləşib

27-10-2023

Mərkəzləşdirilmiş Antivirus Sistemi 2,8 milyon zərərverici virusu bloklayıb

23-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə