Previous Next
Bağla

Startapçılarımız Startup Turkey-də-Fotolar

23-02-2017 14:12
Startapçılarımız Startup Turkey-də-Fotolar

Hər il Türkiyədə keçirilən regionun ən böyük startap tədbirlərindən Startup Turkey bu il fevralın 23-25-də Antalyada keçirilir.

Məlumat verdiyimiz kimi, qlobal tədbirdə Azərbaycan startapları da iştirak edir.

Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Kvotter, Spinal, Expander (CustomAR),Omarov`s Game Studio, WeTravel layihələri tədbirə qatılıb.

Hazırda startap komandaları Antalyadadır.

Startapçıların Xeberler.az-a verdiyi məlumata görə, bu gün tədbir çərçivəsində Demo Day təşkil ediləcək. Belə ki, Demo Day-də startap komandaları təqdimat edəcək.

Qeyd edilib ki, hazırda tədbirdə iştirakçıların netvörkinqi davam edir. Yəni, tədbir iştirakçıları bir-biri ilə tanış olaraq, layihələri barədə məlumat verirlər.

Bildirilir ki, birazdan komandalar Demo Day-də investorlar qarşısında öz layihələrinin qısa müddətli təqdimatını edəcək.

3 gün davam edəcək tədbirdə 700 iştirakçı, 150-dən çox investor və 100-dən çox startapın iştirakı gözlənilir.

Qeyd edək ki, 2008-ci ildən Türkiyədə keçirilən qlobal startap tədbiri regionun ən yaxşı sahibkarları, investorları, mələk yatırımçıları, vençur fondları, innovativ şirkət və layihələrini bir araya gətirir.

Startup Turkey-nin əsas məqsədi ən yaxşı netvörkinq imkanı yaratmaqdır.

 

 Məltəm Talıbzadə

 

             

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startapçılarımız Türkiyədə investorlar qarşısında təqdimat edir

23-02-2017

Azərbaycan startapları beynəlxalq tədbirdə iştirak edəcək

14-02-2017

Startapımız Türkiyədə maraqla qarşılanır

24-02-2017

Yerli layihəmiz Startup Turkey-nin finalında təqdim edilir-Canlı

24-02-2017

SUP startapları investorlara layihələrini təqdim edir

14-05-2016

SUP startaplar üçün Demo Day təşkil edəcək

07-05-2016

“Demo Day – Barama” çərçivəsində 5 uğurlu startapın təqdimatı keçiriləcək

31-05-2021

Startapçılar qlobal müsabiqənin yarımfinalında iştirak edəcək

31-05-2017

Startap komandamız İsveçrədə investorlar qarşısına çıxacaq

05-04-2017

İyunun 1-də “Demo Day – Barama” keçiriləcək

17-05-2021

SABAH.HUB İnnovasiya Mərkəzi tərəfindən “Demo Day” tədbiri təşkil olunub

17-01-2024

“Webrazzi Summit 2015 ” konfransını canlı izləyə bilərsiniz

21-10-2015

Türkiyə yenidən texnologiya sahəsinin mütəxəssislərini bir araya toplayır

17-10-2015

Rusiya fondu Bakıda startaplar üçün tədbir təşkil edir

01-04-2017

INNOLAND-də növbəti Demo Day təşkil olunub

21-01-2020

“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq

17-09-2024

Startaplar Londonda toplaşacaq

02-11-2015

Sabah Bakıda Startap Günləri başlayacaq

13-11-2014

Startapçılarımız Gürcüstanda təqdimat edib-Foto

31-10-2017

Startapçılarımız beynəlxalq tədbirdə ölkəmizi təmsil edəcək

14-10-2016

“Startup School 3” layihəsində fərdi mentorluq mərhələsi başlayıb

19-09-2025

Dünyanın tanınmış mələk investorları Bakıya gəlir

05-11-2015

Türkiyəli iş adamları Bakıya gəlir

29-11-2016

Sabah Startap Günləri başlayır- Nələr olacaq?

22-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə