İyunun 1-də Azərbaycan İnnovasiyalar Agentliyinin dəstəyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin və “Startup Grind Baku”nun təşkilatçılığı ilə “Incubation 2021” adlı proqramın yekunu olan “Demo Day – Barama” keçiriləcək.
Xeberler.az bildirir ki, “Demo Day – Barama” çərçivəsində 5 uğurlu startapın təqdimatı baş tutacaq. Startaplar 6 aylıq fəaliyyətlərinin nəticəsi olan hazır məhsullarını ictimaiyyət və potensial investorlar qarşısında təqdim edəcək.
Sabah “Demo Day - Barama” proqramında “Spendonate”, “Ziyas”, “Doctonline”, “bardachok.io”, “Stubie” komandaları iştirak edəcək.
Qeyd edək ki, 24 həftə ərzində iki mərhələdə keçirilən “Incubation 2021” proqramının əsas hissəsi təlimatlar, təlimlər və “workshop”lardan ibarət olub, ikinci hissəsi isə layihələrin inkişaf etdirilməsinə həsr edilib. Proqram çərçivəsində 6 startap yerli və xarici mentorlar ilə keçirilən təlim və görüşlərdə ekosistemin ən incə sirləri, məhdud sayda peşəkarların bildiyi tətbiqi texnoloji və elmi biznes həlləri, idarəçiliyin ən son metodologiyaları haqqında öyrənmək imkanı qazanıb. Əldə etdikləri bilikləri proqram iştirakçıları öz startaplarında tətbiq edib və tam formalaşmış bacarığa çeviriblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri