SABAH.HUB İnnovasiya Mərkəzi tərəfindən “Demo Day” tədbiri təşkil olunub

17-01-2024 / 12:03

Yanvarın 15-də SABAH.HUB İnnovasiya Mərkəzi tərəfindən “Demo Day” tədbiri təşkil olunub.

Xeberler.az bildirir ki , tədbir yerli startapların investorlarla əlaqələrini gücləndirmək və onları böyük çıxışa – Baku ID səhnəsinə hazırlamaq məqsədi daşıyır. İlk tədbirdə 9 yerli startap (“Hepard”, “Eventeam”, “Tredu”, “Wallegram”, “Supply Builds”, “Adlet”, “Uvodo” və “Push30”) öz ideyaları ilə investor qarşısına çıxıb.

Jüri qismində 1 yerli, 3 əcnəbi, ümumilikdə 4 vençür kapital şirkətindən dəvət olunmuş investor qrupu – “Startup Wise Guys”dan Günce Önür, “Presto Ventures”dan Tichomir Jenkit, “Caucasus Ventures”dan Məmməd Kərim, “212.VC”dən isə Özge Sevim iştirak edib.

Startaplar dinlənildikdən sonra investorlara maraqlı gələn məqamlar sual-cavab sessiyasında cavablandırılıb.

Qeyd edək ki, Baku ID-yə qədər növbəti aylarda silsiləvi “Demo Day” tədbirinin yenidən baş tutması nəzərdə tutulur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə