Saxta “govaz.am” domeni dövlət qurumlarımızı hədəf aldığını göstərir

21-02-2025 / 11:52

2024-cü ildə 100 dövlət qurumunun adlarına bənzədilmiş saxta domen aşkarlanıb və ölkə üzrə fəaliyyəti dayandırılıb.

Xeberler.az məlumat verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İdarə rəisi Tural Məmmədov “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda çıxışı zamanı deyib.

“Statistikada diqqət çəkən məqam üç həftə öncə bizim sistemə düşmüş “Report.az” informasiya ehtiyatına fişinq hücumu hazırlanması olub. Bu bəlkə də ötən gün baş verən kiberhücumun ilkin əlamətlərindən biri idi. Eyni zamanda, dövlət qurumlarının domenlərindən hesab olunan “govaz.am” deyə saxta domen aşkarlanıb. Onun da bloklanması tərəfimizdən həyata keçirilib. Bu da qonşu ölkələrin bizim dövlət qurumlarının hədəf almasını göstərən göstəricidir”, - deyə T.Məmmədov əlavə edib.

2024-cü il ərzində kiberhücumlarla bağlı bir sıra rəqəmləri açıqlayan Tural Məmmədov deyib ki, ötən il dövlət qurumlarına verilən “AzStatenet” şəbəkəsi üzərindən 814 milyondan çox zərərli keçid bloklanıb: “Eyni zamanda, mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə 4 milyondan çox elektron fayl, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 195 mindən çox elektron faylın tərkibində zərərverici aşkarlanaraq bloklanıb. Planlanmış kibertəhdidlərin qarşısının alınması istiqamətində 2024-cü ildə ümumilikdə 1069-dan çox kiberhücum indikatoru tərəfimizdən müəyyənləşdirilib və bloklanması həyatı keçirilib. Bunlardan 520-si dövlət qurumları tərəfindən daxil olan insidentlərin araşdırılması nəticəsində, 550-si isə daxili araşdırma nəticəsində aşkarlanmış indikatorlar olub”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə