Twitter Lite daha 21 ölkədə istifadəyə verildi

14-08-2018 / 15:38

Ötən il Twitter-in təqdim etdiyi Lite tətbiqindən cəmi 25 ölkənin istifadəçiləri yararlana bilirdi.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkət açıqlamasında Twitter Lite-ın daha 21 ölkədə istifadəçilərin ixtiyarına verildiyini bildirib.

Belə ki, Argentina, Belarus, Dominikan Respublikası, Qana, Qvatemala, Honduras, Hindistan, İndoneziya, İordaniya, Keniya, Livan, Mərakeş, Nikaraqua, Paraqvay, Rumıniya, Türkiyə, Uqanda, Ukrayna, Uruqvay, Yəmən və Zimbabve həmin olkələr sırasına daxil olub.

Qeyd edək ki, Lite tətbiqlərinin digərlərindən fərqli cəhəti daha az yaddaşa sahib olmasıdır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə