Xiaomi şirkəti Mi 8 Lite smartfonunu təqdim edib

20-09-2018 / 10:50

Çinin Xiaomi şirkəti nazik çərçivəyə malik böyükölçülü displey və süni intellektə malik ikiqat əsas kamera ilə təchiz edilmiş Mi 8 Lite smartfonunu təqdim edib.
 
Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidməti yeni qurğunun 2280x1080 piksel təsvir ölçülü 6,26 düymlük displeyə malik olması haqqında məlumat paylaşıb. Cihaz 2,2 QHs-dək takt tezlikli 8 hesablama nüvəli  Qualcomm Snapdragon 660 prosessoru və Adreno 5012 qrafik sürətləndiricisi ilə təchiz edilib.
 
Əsas kamera 2 datçik (12 və 5 meqapiksellik), işıq diodu işıqlandırıcısı və çəkiliş səhnələrinin intellektual tanınması sisteminə malikdir. Ön kameranın təsvir ölçüsü 24 meqapiksel təşkil edir. Barmaq izlərinin skaneri mövcuddur. Qalınlığı 7,5mm olan aparatın çəkisi 169 qr-dır. Telefon yenilənmiş MIUI əməliyyat sistemi əsasında işləyir. Akkumulyator batareyasının tutumu 3350 milliamper/saat təşkil edir. Əməli yaddaşın tutumu 6 QB, daxili fləş daşıyıcının tutumu 128 QB-dır. MicroSD yaddaş kartlarından istifadə mümkündür.
 
Həmçinin Wi-Fi 802.11ac 2×2 MIMO və Bluetooth 5 LE simsiz rabitə modulları, GPS/QLONASS qəbuledicisi və USB Type-C portu mövcuddur. Xiaomi Mi 8 Lite smartfonu qara, mavi və qızılı rəngli korpuslarda satılacaq. Modelin qiyməti 204 dollardan başlayacaq.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.