Twitter: Şifrələri dəyişin

07-05-2018 / 10:00

Twitter 330 milyon istifadəçisinin şifrəsini dəyişdirməsini istəyir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, buna səbəb platformada boşluq aşkar edilməsidir.

Qeyd edək ki, şirkət işçiləri bu problemi aradan qaldırdıqlarını bildiriblər. Onlar istifadəçilərdən Twitter hesablarının şifrəsi ilə bərabər, həmçinin TwitterDeckve və Twitterrific kimi üçüncü tərəf tətbiqlərindən də şifrələrini dəyişmələrini tövsiyə edib.

Bundan başqa, şirkət bu ilin ilk rübündə əldə etdiyi qazancı da açıqlayıb. Twitter 2017-ci ilin ilk rübündən fərqli olaraq, 2018-də 21 faiz böyüyərək 61 milyon dollar gəlir əldə edib.

Elşən Abdulkərimov 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə