Jack Dorseyin rəhbərliyi ilə fəaliyyət göstərən Twitter işçilərinin 8 faizini işdən çıxaracağını açıqlayıb.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, şirkətdən verilən rəsmi məlumatda Twitter-in 336 işçisini ixtisar edəcəyi bildirilib.
4 mindən çox işçisi olan Twitter işçilərinin ixtisarı qərarını Jack Dorsey Twitter səhifəsində də bildirib.
Bu qərara əsas səbəb kimi şirkət üçün prioritet məhsullara önəm veriləcəyi və həmin ixtisardan sonra qalacaq maliyyənin şirkətin böyüməsini sürətləndirəcək yeni layihələrə xərclənəcəyi göstərilib.
Twitter hazırda ixtisar olunacaq işçilərin hansı departamentdən olduğunu açıqlamsa da Jack Dorsey-in Twitter işçilərinin elektron ünvanına göndərdiyi məktubda məhsul və mühəndislik departamentinin işçilərinə xüsusi diqqət ayırıb.
Dorsey kiçik komanda ilə daha sürətli addımlayacaqlarını deyib.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri