Ukrayna məşhur sosial şəbəkələri bloklayır

16-05-2017 / 18:30

Ukrayna Yandex,VKontakte və Odnoklassniki -yə sanksiya tətbiq edib.

Xeberler.az Ukrayna və Rusiya mediasına istinadən məlumat verir ki, bununla bağlı Ukrayna prezidenti Petro Poroşenko sərəncam imzalayıb.

Sərəncamda həmçinin Rusiya şirkətlərinə və bir sıra şəxslərə qarşı da bəzi qadağalar tətbiq edilib.

Belə ki, Rusiyaya qarşı genişləndirilimiş sanksiya siyahısına bəzi fiziki və hüquqi şəxslər də daxil edilib. Şirkətlər arasında Mail.ru email xidməti (Mail.ru Group), Yandex, VKontakteOdnoklassniki və s. kimi tanınmış sosial media resursları var.

Ukraynada provayderlərə bu saytlara girişi bloklamaq göstərişi verilib.

Qeyd edək ki, bu ilin aprelində Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyindən Yandex-in bağlanması ilə bağlı imzatoplama kampaniyası başlanılmışdı. Şirkətin ölkə ərazisində fəaliyyətinin dayandırılması üçün 25 min imza kifayət idi.

Məsələ ilə bağlı Ukrayna rəsmiləri bildirib ki, bu saytlar tamamilə Rusiya xüsusi xidmətlərinin nəzarəti altındadır.

Sanskiya tətbiq edilən şirkətlər məsələyə rəsmi münasibət bildirib.

Yandex-dən qeyd edilib ki, bu sanksiya şirkətin fəaliyyətinə o qədər mənfi təsir etməyəcək.

Mail.ru Group-dan verilən açıqlamada gəlir baxımından Ukraynanın şirkət üçün o qədər önəmli bazar olmadığı qeyd edilərək Mail.ru-nun bundan sonra da fəaliyyətinə digər bazarlarda uğurla davam edəcəyi vurğulanıb.

VKontakte isə məsələ ilə bağlı bildirib ki, bu saytı Ukraynada 16 milyona yaxın istifadəçi ziyarət edir. Şirkət internet məkanında sərhəd tanımadıqlarını qeyd edərək istifadəçilərin öz hüquqlarını müdafiə edəcəyinə ümid edir.

Odnoklassniki-dən gələn rəsmi açıqlamada isə qeyd edilib ki, birlikdə fəaliyyəti davam etdirmək üçün ortaq yol tapılacaq. Şirkət Ukrayna üzrə 9 milyondan çox istifadəçi sayını vurğulayaraq ölkədə göstərdikləri uğurlu reklam işlərini də diqqətə çatdırıb.

Məlumat üçün qeyd edək ki, məlum sərəncamla bir sıra məşhur Rusiya telekanallarının da (РБК, ТВ Центр, ВГТРК, НТВ Плюс, РЕН ТВ və Звезда) Ukrayna ərazisində yayımına qadağa qoyulub.

Günel


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.