Previous Next
Bağla

Ekspert: Mail.ru istifadəçiləri üçün yeni və daha ciddi təhlükə

28-09-2022 11:01
Ekspert: Mail.ru istifadəçiləri üçün yeni və daha ciddi  təhlükə
AppStore platforması ötən gün VK Holdinqə daxil olan bir çox resursları silib.
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.
"Gözlənilən idi. Hazırda bu Holdinqə daxil olan Vkontakte sosial şəbəkəsi, "VK Play", "VK Музыка", "VK Клипы" "VK Мессенджер", "VK Админ", "Почта Mail․ru" və "Облако Mail.ru" mobil servisləri AppStore platformasında görünmür.
VK özünün bir çox mobil tətbiqlərinin silinməsini təsdiqləyib. Eyni zamanda əvvəldən yüklənənlərin hələlik işlədiyini bildirib. Qlobalda monitorinq aparan Netblocks da VK mobil tətbiqlərinin dünyanın heç bir yerində artıq əlçatan olmadığını təsdiqləyib.
Düşünmək olar ki, Apple-dən sonra qısa müddətdə Google də bu addımı atacaq və Play marketdən də adı çəkilən resurslar silinə bilər. Belə olan halda bu resurslardan istifadə edən bizim vətəndaşlarımızı da ciddi problem gözləyəcək. Onlar üçün bu resurslar sadəcə əlçatan olmayacaq, datalar itəcək, bu emailə bağlı olan digər servislərdə problem yaranacaq və s.
Bildiyim qədər Azərbaycanda hələ də xeyli sayda insanlar Mail.ru servisindən istifadə edir. Həm də bu emaildən istifadə edərək müxtəlif servislərdə (Facebook, İnstagram, TikTok və s.) qeydiyyatdan keçənlər var.
Baxmayaraq ki, hələlik Google bu addımı atmayıb, adı çəkilən servislərin veb versiyası işləkdir, amma tövsiyyə ondan ibarətdir ki, Mail.ru dan istifadə edənlər ləngimədən digər servislərə (Gmail və s.) keçsinlər. Məktubların daşınmasını Mail.ru-ya etibar etməyin nəticəsini biz hələ 2008-də Rusiyanın Gürcüstana hücumu zamanı görmüşük. Mail.ru datanı və kontaktları yeni Gmail ünvana köçürmək elə də problem yaratmır. Gmail-də belə imkanlar nəzərdə tutulub.
Amma gərək bu addım zamanında atılsın. Rusiya hökuməti və VK rəhbərliyi baş verənlərlə bağlı Apple şirkətinə sorğu göndərib. Xatırladıram ki, VK Holdinqin rəhbəri Vladimir Kiriyenkodur . O isə hazırda Ukraynanın işğal olunan ərazilərində keçirilən referenduma rəhbərlik edən Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğludur. Hansı ki, ata və oğul , hər ikisi sanksiya altındadır.
Holdinqin London Fond Birjasında fəaliyyəti də Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində
dayandırılıb.
Qeyd edim ki, bir neçə gün öncə Apple və Google şirkətlərin keçmiş rəhbərləri Ukrayna Prezident administrasiyasında görüşlər keçirmişdilər. Baş verənlərdə güman ki, bu görüşlərin də " izi" olmamış deyil. Müharibə başlayandan sonra AppStore-dən Rusiyaya məxsis 7000 mobil tətbiqin silindiyi bildirilir.
Zənnimcə Elektron Təhlükəsizlik Xidmətinin də bu məsələlərlə bağlı istifadəçilərə tövsiyyəsi faydalı olardı".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: "Mail.ru", "Vkontakte" və "Odnoklassniki" müflis ola bilər

16-03-2022

Ekspert: Rusiyada internetin bağlanması Azərbaycana da təsir edəcək

13-03-2022

Gmail Yahoo və Microsoft hesablarını da dəstəkləyəcək

12-06-2015

Ukrayna məşhur sosial şəbəkələri bloklayır

16-05-2017

"Google" poçtu olanlara şad xəbər

06-05-2011

Belarusda Facebook, Twitter və Gmailə giriş bağlanıb

20-12-2010

Gmail for Mobile 2.0 təqdim olunub

24-10-2008

Yahoo Mail ən populyar poçt servisi kimi qalır

16-01-2009

Azərbaycanın e-mail servisləri

21-10-2010

Çində Gmail-ə giriş əngəllənib

30-12-2014

“Google”-nin Gmail davası qələbə ilə nəticələndi

11-03-2009

Göndərdiyiniz maili geri qaytara biləcəksiniz

01-07-2015

Google-ın səlahiyyətləri Alphabet holdinqə verildi

11-08-2015

İPhone-lara Google təqvim gəldi

16-03-2015

Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

10-05-2022

YUMROO – Mail.ru: əlaqə bərpa edildi

29-12-2008

Ekspert: "Google Solovyova qarşı, Rusiya hökuməti Google qarşı"

21-11-2020

"Microsoft" "Mail" və digər klassik proqramlara dəstəyi dayandırır

15-11-2024

DİN-in elektron səhifəsində problem yaranıb

03-05-2018

Googledən fərqli bir hesablama maşını

29-11-2008

Ekspert : Kaspersky məhsullarından istifadə qadağan edilib

28-11-2018

Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

07-09-2022

Azərbaycanlılar Google-da nə edirlər?

04-07-2011

Odnoklassniki Azərbaycan dilində

15-09-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə