Previous Next
Bağla

Ekspert: Rusiyada internetin bağlanması Azərbaycana da təsir edəcək

13-03-2022 12:18
Ekspert: Rusiyada internetin bağlanması Azərbaycana da təsir edəcək

Rusiyanın Ukraynaya hücumu, bu ölkəni işğal etməsi və bununla əlaqədar Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar İnternetə də təsir etməyə başlayıb. 

Xeberler.az bildirir ki, qlobal internet şirkəti LİNX Rusiyanın ən böyük telekommunikasiya operatorlarını, o cümlədən Rostelekom-u İnternet Exchange sistemindən ayırıb.  

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu yenilik Rusiyanın internetə çıxışını zəiflədəcək. Bundan başqa, Rusiyaya qarşı bu sahədə tətbiq edilən sanksiyalar və yaranan vəziyyət Azərbaycan üçün də real təhlükələr və risklər yaradır.  

"Bu gün də daha bir qlobal internet şirkəti LİNX Rusiyanın ən böyük telekommunikasiya operatorlarını, o cümlədən Rostelekom-u İnternet Exchange sistemindən ayırıb. Yəni, bununla da Rusiyanın internet trafiki xeyli zəifləmiş olacaq. 

Gözlənilən təhlükələri araşdırdım, təhlükələr və risklər daha ciddidir və hədsiz çoxdur. Rusiya internetinin tam bağlanması ilə bizdə də ağlagəlməz məsələlər oratya çıxır".

Rusiya interneti tam çöksə Azərbaycanda hansı problemlər yaşana bilər? 

1. Azərbaycanda xeyli sayda dövlət və özəl sektor qurumları Rusiyanın 1C proqram təminatından istifadə edir. Son dövrlərdə bu servis əsasən Cloud vasitəsilə göstərilirdi. Eyni zamanda lisenziyalar da Rusiyanın onalyn mühiti ilə bağlıdır. Düşünmək olar ki, RuNet-də çöküş olsa bizim dövlət və özəl sektorda əsas maliyyə təsərrüfatını idarə edən 1C işləməyəcək. 

2. Azərbaycanda hələ də xeyli sayda insanlar Mail.ru servisindən istifadə edir. Aktiv olaraq bu emaildən, həmçinin Rusiyanın digər e-mail serverlərindən istifadə edərək müxtəlif servislərə qoşulanlar da var ki, Mail.ru-nun dayanması ilə bizim xeyli sayda istifadəçilərimiz həm emaildən, həm də bu emailə bağlı olan servislərdən məhrum ola biləcəklər.

3. Yandex üzərində də ölkəmizdən xeyli servislər alanlar var. Xeyli sayda vətəndaşıalrımızın emailləri Yandex hostinqinə bağlıdır və bunun üzərindən müxləlif onlayn servislər alınır. RuNet-in çöküşü ilə bunların hamısı risk altına düşəcək.

4. Müşahidə etmək olar ki, bəzi internet mağazalar fiziki olaraq Rusiyadakı resurslara bağlıdır. Bu mağazalardan edilən alış-verişdə ödənişlər Azərbaycan banklarında aparılsa da , müraciətlər Rusiya İP-lərindən yönləndirilir. Belə olan halda isə, Rusiya internetində yaranan problem bizim bu tip internet mağazalara da təsizrsiz ötüşməyəcək. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: "Mail.ru", "Vkontakte" və "Odnoklassniki" müflis ola bilər

Ekspert: "Mail.ru", "Vkontakte" və "Odnoklassniki" müflis ola bilər

16-03-2022
Ekspert: Mail.ru istifadəçiləri üçün yeni və daha ciddi  təhlükə

Ekspert: Mail.ru istifadəçiləri üçün yeni və daha ciddi təhlükə

28-09-2022
Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

07-09-2022
Ekspert: Azərbaycan interneti kifayət qədər  dayanıqlıdırmı?

Ekspert: Azərbaycan interneti kifayət qədər dayanıqlıdırmı?

14-03-2022
Toshiba Rusiya bazarından çıxır

Toshiba Rusiya bazarından çıxır

15-12-2015
Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh

Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh

01-07-2025
Ekspert: Rusiya texnologiyalar sahəsində vəziyyətini düzəltməyə çalışır

Ekspert: Rusiya texnologiyalar sahəsində vəziyyətini düzəltməyə çalışır

03-04-2022
 “PAŞA Holdinq” taksi bazarına da daxil olur-ŞƏRH

“PAŞA Holdinq” taksi bazarına da daxil olur-ŞƏRH

03-05-2023
Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb

Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb

23-11-2024
ABŞ-ın yeni sanksiyalar paketi Rusiyanı SWIFT-dən ayıra bilər

ABŞ-ın yeni sanksiyalar paketi Rusiyanı SWIFT-dən ayıra bilər

07-12-2021
“Yango” Azərbaycandakı müştərilərinin məlumatlarını Rusiya FTB-yə ötürəcək?

“Yango” Azərbaycandakı müştərilərinin məlumatlarını Rusiya FTB-yə ötürəcək?

09-08-2023
Rusiyada "FaceTime" bloklanıb

Rusiyada "FaceTime" bloklanıb

04-12-2025
Ukrayna məşhur sosial şəbəkələri bloklayır

Ukrayna məşhur sosial şəbəkələri bloklayır

16-05-2017
Rusiyada Google-un Android üzərindəki hakimiyyətinə son verildi

Rusiyada Google-un Android üzərindəki hakimiyyətinə son verildi

18-04-2017
“Amazon” Rusiyaya malların göndərilməsini dayandırır

“Amazon” Rusiyaya malların göndərilməsini dayandırır

10-03-2022
Putin Skype-a  qarşı çıxdı

Putin Skype-a qarşı çıxdı

28-07-2009
Rusiyanın texnoloji məhsullarının Azərbaycanda tətbiqi üçün böyük potensial var

Rusiyanın texnoloji məhsullarının Azərbaycanda tətbiqi üçün böyük potensial var

26-03-2025
Oracle və "Hökumət buludu" tərəfdaş oldular

Oracle və "Hökumət buludu" tərəfdaş oldular

20-05-2022
“Mitsubishi Electric” Rusiyaya tədarükünü dayandırır

“Mitsubishi Electric” Rusiyaya tədarükünü dayandırır

10-03-2022
Microsoft: Rusiya hakerləri xarici səfirliklərə qarşı kibercasusluq edib

Microsoft: Rusiya hakerləri xarici səfirliklərə qarşı kibercasusluq edib

01-08-2025
Rusiyanın “Texnoserv” şirkəti Azərbaycanda ofis açıb

Rusiyanın “Texnoserv” şirkəti Azərbaycanda ofis açıb

26-11-2008
“TikTok” Rusiyada fəaliyyətini dayandırıb

“TikTok” Rusiyada fəaliyyətini dayandırıb

07-03-2022
Təhlükəsizlik Şurası Rusiya üçün ayrıca internet planına qərar verdi

Təhlükəsizlik Şurası Rusiya üçün ayrıca internet planına qərar verdi

30-10-2014
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə