Unibank Facebook istifadəçiləri üçün yenilik edib

29-06-2016 / 15:57

Unibank ASC-nin Facebook  istifadəçiləri saniyə ərzində bankın məhsul və xidmətlərindən xəbər tuta biləcək.

Bunun üçün müştəriləri maraqlandıran məhsul və xidmətlə bağlı onlayn məsləhətçiyə sorğu yazmağa da ehtiyac yoxdur.

Bankdan Xeberler.az-a verilən məlumata görə, Unibank-ın Facebook səhifəsinin şəxsi mesaj bölümünə haştaq işarəsi ilə istənilən məhsul və ya xidmətin qısa adı yazılmalıdır və dərhal həmin məhsulla bağlı cavab gəlir:

Məsələn, #kredit, #depozit yazaraq, ən qısa müddətdə Unibank-ın kredit və yaxud depozit məhsulları haqda məlumat ala bilərsiniz. Bankda günün valyuta məzənnəsindən isə #valyuta yazmaqla xəbərdar ola bilərsiniz.

Qeyd edək ki, Unibank-ın Facebook səhifəsi ən çox iştirakçısı olan və aktiv bank səhifələrindən biridir. Hazırda səhifə istifadəçilərinin sayı 285 min nəfəri keçib. Müştəri məmnuniyyətini öz fəaliyyətində əsas prioritetlərindən hesab edən Unibank, müştərilərlə kommunikasiyanı gücləndirmək üçün sosial şəbəkələri əsas vasitələrdən biri hesab edir.

 Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.